Cəmiyyət

Xalq artisti adına layiq görülən Cavan Zeynallı: Daha da cavanlaşacağam

26 May 2019 00:00
9 Şərh     Baxış: 2 474

Ölkə prezidenti cənab İlham Əliyevə məni Xalq artisti fəxri adına layiq gördüyünə görə özüm, ailəm adımdan dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çox minnətdaram ki, məni də diqqətdən kənarda qoymadı və bu əziz, əlamətdar günlərdə - Respublika Günü və Ramazan bayramı ərəfəsində məni, ailəmi, sənətimi sevənləri ürəkdən sevindirdi. Çox sağ olsun, Allah dönə-dönə razı olsun.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu tanınmış sənətkar, Xalq artisti Cavan (Cavanşir) Zeynallı bildirib.

"Düzünü desəm, bundan xəbərim olmamışdı, yəni, adımın xalq artistliyinə təqdim olunmasından xəbərim yox idi. Hətta, bu gün zəng edib deyəndə, soruşanda da bundan xəbərim olmadığını bildirdim. Bu, mənim ailəm üçün həm gözlənilməz, həm də sürpriz oldu, ailəmin sevincini ikiqat artırdı. Ailəlikcə həyatımız necə deyərlər, bir daha gözəlləşdi bu xəbərlə"  deyən Xalq artisti təbrik zənglərinin hələ də davam etdiyini bildirib.

"Demək olar ki, günortadan telefonlarımız susmayıb. Hamı təbrik edir, sevinir, mənimlə, ailəmlə birgə sevincini bölüşür. Onlara da təşəkkürümü, minnətdarlığımı bildirirəm. Qeyri-təvazökarlıq kimi səslənməsin, artıq 50 ildən çoxdur  səhnədəyəm, sənətdəyəm. Hər zaman da sənətimlə, yaradıcılığımla xalqıma, dövlətimə, mədəniyyətimizin inkişafına xidmət etməyə, azacıq da olsa töhfə verməyə çalışmışmışam. Gecə-gündüz bilmədən öz işimlə, öz yaradıcılığımla məşğul olmuşam, bu gün də oluram. Hər zaman belə bir dəyişməz şüarım, iş prinsipim olub: inkişaf, inkişaf, inkişaf. Yəni, daha yeni, daha gözəl əsərlər, yaradıcılıq nümunələri ortaya qoymaq lazımdır, durmaq, dayanmaq olmaz.

Daim irəliyə baxmaq lazımdır. Adım Cavandır, bundan sonra bir daha bu adı doğruldacağam, daha çox cavan qalacağam, daha da cavanlaşacağam, sənətə, dövlətimə, xalqıma dayanmadan xidmət edəcəyəm. Son olaraq, bir daha fəxri ada layiq görülməyimlə bağlı dövlətimə, ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlığımı, təşəkkürlərimi ifadə edirəm. Ümumiyyətlə, bu məsələdə əməyi, rolu olan hər bir kəsə, o cümlədən, mədəniyyət naziri Əbülfəs Qarayevə minnətdarlıq edirəm", - deyə o vurğulayıb.

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Daglı · 26 May 01:0032

    Поздравляю, Джаван. Хотя днем поздравил уже). Как ты говорил?). ,, Ты мой родной")

    Cavab yaz
  • Anonim
    11.08 · 26 May 03:1750

    Chox sevindirici xeber ve choxdan layiq gorulmeli bir ad. Bu cur sherefli adin butun omrunu bu senete hesr edib,onu layiqince temsil eden ,bu adin agirligini,mesuliyyetini basha dushub ,qiymetlendirmeyi bacaran senetkarlara layiq gorulmesi dogrudan da qururvericidir. Allah Cavan muellimin timsalinda incesenetimizin keshiyinde layiqince duran butun senetkarlarimizi qorusun.

    Cavab yaz
  • Anonim
    Feride · 26 May 07:3550

    Tebrik edirik, Cavan muellim! Hemiwe cavan,

    Cavab yaz
  • Anonim
    Feride · 26 May 07:4050

    Hemiwe cavan, pozitiv, musbet aurali, maraqli, seneti ile xarakteri ust-uste duwen gozel senetkar! Tebrik edirik!

    Cavab yaz
  • Anonim
    **** · 26 May 08:2530

    Tebrik edirik.layiqdi bu ada.ömrünü cox hissesi seneti ile baglidi.

    Cavab yaz
  • Anonim
    Ağsaqqal · 26 May 09:1000

    Səni ot duşi təbrik edirik ДОРОГОҮ МОҮ!

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 26 May 11:2910

    Tebrik edirem Cevan muellim Coxx semimi mehriban insannn

    Cavab yaz
  • Anonim
    123 · 26 May 13:2000

    oxuyan alir calan alir amma Cavan almir Cavanda aldi

    Cavab yaz
  • Anonim
    Rza · 26 May 13:4620

    Xalg Articti adını oxuyan aldı oynayan aldı cavan aldı amma cavan almadı. (Planeta parenı iz dakunun konsertindən)Axırki Cavanda aldı.Hec olmamagdan qec olmag yaxşıdır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.