Şəmkir sakini ağacdan yıxılaraq ağır xəsarət alıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Şəmkir rayon Seyfəli kənd sakini, 1966-cı il təvəllüdlü Dilqən Məmmədov bağında gilas yığan zaman ağacdan yıxılıb.
Ağır bədən xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilib. D. Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.
Milli.Az