Cəmiyyət

Xalq şairi Vaqif Səmədoğluya həsr edilən sərgi və konsert keçirilib - FOTO

25 May 2019 23:23
0 Şərh     Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdən əvvəl sənət ocağının foyesində görkəmli şairin kitabları, haqqında dövrü mətbuatda yazılan məqalələrdən ibarət sərgiyə baxış olub.

Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli şairin yaradıcılığı ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb. Qeyd edib ki, V. Səmədoğlu daima yaşayacaq və anılacaq ədiblərdəndir. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şairlərdən sayılan V.Səmədoğlunun şeirləri daima sevilib və seviləcək. "Vaqif Səmədoğlu qeyri-adi ədəbi baxışları ilə seçilən ziyalı idi. Çox şadam ki, belə bir insanla şəxsən tanış olmuşam", - deyə nazir söyləyib.

Sonra qonaqlar teatrın səhnəsində Ramiz Həsənoğlunun quruluşunda şairin xatirəsinə ithaf edilən "Generalın son əmri" tamaşasına baxıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.