Cəmiyyət

"Çelsi" və "Arsenal" azarkeşləri üçün 40 avtobus ayrılıb

25 May 2019 15:59
0 Şərh     Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, qurum mayın 20-dən 30-dək gücləndirilmiş rejimdə çalışacaq: "Martın 19-da kordinasiya şurası yaradılıb. Şuraya Bakı Nəqliyyat Agentliyi rəhbərlik edir. Yarış ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Beynəlxalq Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün 40 marşrut avtobusu ayrılıb".

Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda "Çelsi" və "Arsenal" komandaları üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.