Cəmiyyət

Yaqub Mahmudov: "Xalqımızı məhv etmək siyasəti yeridilib"

25 May 2019 15:13
Baxış: 1 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir həqiqət burada tamamilə aydınlaşır ki, bizim xalqımızı məhv etmək siyasəti yeridilmişdir. Cümhuriyyəti süqut etdirərkən Gəncədə bütün camaatı - uşaqlı, qız-gəlinli, qocalı, cavanlı hamısını qırdılar. Azərbaycanın hər yerində bu soyqırımlar həyata keçirildi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Sərhəd Xidmətində "Siyasi qurbanların xatirəsi muzeyi"nin açılış tədbirində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, 1918-20-ci illərdəki soyqırım Azərbaycan xalqına qarşı dayandırılmadı. Sovet hakimiyyəti illərində soyqırım yeni - daha dəhşətli mərhələyə daxil oldu:

"Bu binada həmin o soyqırım cəlladlarının nümayəndələri, onların varisləri yuva saldılar, beləliklə repressiya orqanları əslində ermənilərin, Qriqoryanların əlində oldu, başqalarının əlində oldu və bizim xalqımıza divan tutuldu. Bu baxımdan tarixin araşdırılmasında bu muzeyin son dərəcə böyük rolu var. Xalq bu muzeyə daxil olub çıxandan sonra uşaqlarımız, gənclik, hamı bilməlidir ki, o soyqırım cəlladları kimlərdən ibarət idi. Kimlər bu cəlladlığı törədiblər, xalqımızı məhv ediblər, burada icraçılar kimlərdən ibarət olmuşdur. Onlar siyahılaşdırılacaq və güman edirəm xalqımızda düşüncə tərzi yaranacaq ki, o "Domokl qılınc"ından biz həmişə özümüzü qorumalıyıq. Həmişə düşünməliyik ki, bu cür yerlərdə Azərbaycan xalqını məhv etməyə çalışıblar. Əlbəttə, biz bu məsələləri açdıqca içəridən də, kənardan da bizə hücumlar olur və deyilir ki, tariximizi siyasiləşdiririk. Tarixi siyasiləşdirmirik! Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirilmişdir. Xalqımızın ziyalılarını şüurlu surətdə, düşünərək məhv etmək siyasətini həyata keçiriblər və biz onu ictimailəşdirəcəyik. Burada mən Ulu Öndəri yada salmaq istəyirəm, o dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini (XIX - XX əsrlər) yenidən öyrənməliyik. Mən tamamilə əminəm ki, Heydər Əliyev burda bu rəhbərliyə keçməsə idi, Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etməsəydi, fəlakətlərimiz çox olacaqdı. Repressiya Bəxtiyar Vahabzadəni də, Rəsul Rzanı da haqlayacaqdı. Bizim ləyaqətli insanlarımız hamısı məhv olacaqdı".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.