Cəmiyyət

"Qafqazda Azərbaycan və erməni məsələsi" kitabının müzakirəsi keçirilib - FOTO

25 May 2019 07:35
0 Şərh     Baxış: 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dillər Universitetində (ADU) beynəlxalq münasibətlər və idarəetmə fakültəsi və Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə Rizvan Hüseynovun "Qafqazda Azərbaycan və erməni məsələsi" kitabının müzakirəsi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva kitabın əhəmiyyətindən danışıb, yeni nəşri müəllifin zəngin araşdırma və tədqiqat işinin məhsulu kimi qiymətləndirib. O, kitabın müxtəlif mənbələrdən faydalanaraq sadə, anlaşıqlı və kifayət qədər tutarlı tarixi faktlarla yazıldığını söyləyib.

"Ümumqafqaz" evinin təsisçisi, Daxili İşlər Nazirliyinin sabiq general-mayoru Kamil Məmmədov kitabın aktual mövzuya həsr olunduğunu qeyd edib, nəşrin işıq üzü görməsini mühüm hadisə olduğunu vurğulayıb:

"Kitabda Cənubi Qafqaz regionunda məskunlaşdırma siyasəti və onun doğurduğu nəticələr ön planda dayanır. Cənubi Qafqaz regionu çar Rusiyası tərəfindən işğal edildikdən sonra burada, xüsusilə də Azərbaycanda məqsədyönlü məskunlaşdırma siyasəti həyata keçirilib. Yeni əraziləri işğal edən rus çarları yerli əhaliyə güvənməyərək, daim bu ərazilərdə xristianlardan təşkil olunan sadiq təbəələri məskunlaşdırmağa çalışıblar".

Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov kitabda toplanan tarixi faktların həqiqətə söykəndiyini və oxucular üçün aydın tarixi mənzərə yaratdığını söyləyib. O deyib:

"Kitab həm siyasi, həm həm tarixi baxımından əhəmiyyətlidir. Kitabda bir çox qaranlıq və mübahisəli məqamlara aydınlıq gətirilib. Natiq kitabda Azərbaycan tarixinin dolğun və əhatəli şəkildə əks olunduğunu və "mənbəşünaslıq" baxımından xüsusi əhəmiyyət kəsb edir".

Beynəlxalq münasibələr kafedrasının dosenti Namiq Əsədov və Qafqazşünaslıq kafedrasının dosenti Namiq Kərimov nəşrin gələcəkdə aparılacaq tədqiqatlar üçün önəmli tarixi mənbəyə çevriləcəyini vurğulayıblar.

Müəllif, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Qafqaz tarixi mərkəzinin direktoru Rizvan Hüseynov tədbir iştirakçılarına, universitet rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Tədbir tələbələrin sualları ilə başa çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.