Cəmiyyət

Leysan yağıb, dolu düşüb - Ciddi fəsadlar yaradıb - FOTO

24 May 2019 22:40
0 Şərh     Baxış: 1 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşkəsənə yağan güclü yağış və dolu fəsadlar yaradıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 17:00 radələrindən başlayaraq qərb bölgəsində yağmağa başlayan yağış bəzi ərazilərdə daha intensiv olmaqla küləklə müşahidə olunub. Daşkəsən rayonuna yağış, daha sonra dolu yağmağa başlayıb.

Təbiət hadisəsi nəticəsində rayonunun elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə xeyli ziyan dəyib. Bəzi ərazilərdə ağaclar qırılıb. Baş verənlərlə əlaqədar aidiyyəti qurumlara müvafiq məlumat verilib.

Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.