Cəmiyyət

Kürdəmirdə qıza görə adam öldürən məhkuma yenidən cinayət işi açıldı

23 May 2019 23:21
0 Şərh     Baxış: 691

Adam öldürməkdə təqsirləndirilərək həbs olunan Məlikov Nurani Ağaxan oğlu barəsində yenidən cinayət işi başlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, buna səbəb N. Məlikovun saxlandığı cəzaçəkmə müəssisəsində qaydaları pozması olub. Ona qarşı Cinayət Məcəlləsinin 317-2.1 (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin yanvarında Kürdəmir rayonunda baş verib. Pirili kəndində 1985-ci il təvəllüdlü Elnur Zeynalov ağır bıçaq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq, E. Zeynalovun həyatını xilas etmək mümkün olmayıb. Qətl hadisəsini törədən 1995-ci il təvəllüdlü Nurani Məlikov polis tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə qız üstündə baş verib. Qızın qohumu E. Zeynalov N. Məlikovun qohumu olan qıza mesaj yazıb. Bundan qəzəblənən Məlikov Zeynalovu qətlə yetirib

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.