Cəmiyyət

XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib - FOTO

23 May 2019 21:26
0 Şərh     Baxış: 2 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Təhsil Nazirliyinin və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Olimpiya mədəniyyəti və təhsil" proqramında iştirak edən məktəblər arasında XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş "İdman - sağlamlıq, dostluq, birlik" mövzusunda rəsm müsabiqəsinə start verilib.

MOK-dan Milli.Az-a bildiriblər ki, müsabiqədə hər yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən işlərin müəllifləri Təhsil Nazirliyinin və Milli Olimpiya Komitəsinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.

Müsabiqənin yekun sərgisi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində, daha sonra isə Avropa Gənclər Olimpiya Festivalı ərəfəsində Atletlər Kəndində nümayiş etdiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.