Cəmiyyət

Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb

23 May 2019 15:37
0 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin ilk beş ayı ərzində Hesablama Palatası dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Ali Audit Orqanları Beynəlxalq Təşkilatının (INTOSAI) işçi qrupunun iclası zamanı deyib.

O bildirib ki, bu məbləğ auditor yoxlamalarının nəticələrinin hüquq-mühafizə orqanlarına göndərilməsi nəticəsində bərpa olunub. Ötən il ərzində 9 bu cür hal qeydə alınıb və bunun nəticəsində büdcəyə 23 milyon manat qaytarılıb.

V.Gülməmmədov əlavə edib ki, bundan başqa, müxtəlif qurumlarda inventar satınalınması zamanı səhvlər, eləcə də tamamlanmamış işlər aşkar edilib:

"Bu ilin əvvəlindən iki yoxlamanın nəticəsi hüquq-mühafizə orqanlarına göndərilib, bununla bağlı cinayət işlər açılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.