Cəmiyyət

Moskva Univermağının yanında 22 yaşlı gənc bıçaqlanıb

23 May 2019 08:38
0 Şərh     Baxış: 1 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nəsimi rayonu bıçaqlanma hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Moskva Univermağının yaxınlığında 2 nəfər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Daha sonra 1997-ci il təvəllüdlü Həmidli Azad Alim oğlu mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona qarın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

A.Həmidli əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.