Cəmiyyət

Bakıda tuneldə iki yük maşını toqquşub

23 May 2019 08:08
0 Şərh     Baxış: 575

Yasamal rayonununda 2 yük maşının iştirakı ilə yol qəzası qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun A.Salamzadə küçəsində baş verib. "99-MM-885" dövlət qeydiyyatlı "Shacman" markalı yük avtomobili tuneldən çıxarkən qarşısındakı "90-RK-433" dövıət nömrə nişanlı "Maz" markalı evakuator-krana çırpılıb.

Kranın sürücüsü Abbasəli Qurbanovun bildirdiyinə görə, qəzadan sonra "Shacman" arxaya doğru gedərək tunelin divarına dəydikdən sonra dayana bilib. Qəza nəticəsində "Shacman"-ın sürücüsü Eyvaz Bəndəliyev xəsarət alıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.