Cəmiyyət

Hava limanının “avtoş”luq edən əməkdaşı saxlanıldı

23 May 2019 08:43
0 Şərh     Baxış: 1 208

Astara Rayon  Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də  piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Astara rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, mayor İlqar Rəhimzadənin verdiyi məlumata görə, saxlanılan Astara şəhər sakini Vüsal Hüseynovun "Mercedes" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub.

Qeyd edək ki, Vüsal Hüseynov Lənkəran Hava Limanının əməkdaşıdır.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq, baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.