Cəmiyyət

Qəbulda yeganə maksimum balı o yığsa da... - 700 toplaya bilmədi

22 May 2019 22:08
3 Şərh     Baxış: 10 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 12-də keçirilən qəbul imtahanında I ixtisas üzrə maksimum - 400 bal toplayan Tofiq Müxtəsərov buraxılış imtahanından 265 bal yığıb. Onun ümumi nəticəsi 665 baldır.

Milli.Az xəbər verir ki, Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu olan Tofiq Müxtəsərov azvision.az-a açıqlamasında deyib ki, həm qəbul, həm də buraxılış imtahanları çətin olub. 

"Buraxılışda Azərbaycan dilindən bir neçə suala hazır deyildim, ona görə də nəticə zəif oldu. Qəbul imtahanında isə bir sualdan şübhəm var idi, amma düz çıxdı. Qəbul imtahanı əvvəlki illərlə müqayisədə bir qədər çətin idi. Lakin dərinliyi bilən hər kəs suallara cavab verə bilərdi". 

Tələbə adını qazanmaq üçün iki il var gücü ilə hazırlaşan Tofiq sənədlərini Bakı Ali Neft Məktəbində təqdim edəcəyini bildirib. 

Qeyd edək ki, bu ildən qəbul imtahanları yeni model əsasında keçirilir. Abituriyentlərin qəbul və buraxılış imtahanında yığdıqları ballar toplanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.