Cəmiyyət

Buynuz qişanın transplantasiyası əməliyyatları aparılan xəstələrin əksəriyyəti...

22 May 2019 22:26
0 Şərh     Baxış: 1 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Buynuz qişanın transplantasiyası əməliyyatları aparılan xəstələrin 50-60 faizi cavanlardır. Bu xəstəlik insanlarda korluğa səbəb olur. Əməliyyatdan sonra onların görmə qabiliyyəti bərpa olunur, kosmetik defektlər aradan qaldırılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin cərrah-transplantoloqu Fərəh Abduləliyeva kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib.

Cərrah-transplantoloq bildirib ki, ötən həftə mərkəzdə 22 xəstəyə buynuz qişanın transplantasiyası əməliyyatı aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.