Cəmiyyət

Novruz Məmmədov təhsil nazirini bu vəzifəsindən azad etdi - SƏRƏNCAM

22 May 2019 08:55
Baxış: 7 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb:

Milli.Az xəbər verir ki, sənəddə deyilir:  

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. "Kollegiyanın sədri" bölməsindən "Bayramov Ceyhun Əziz oğlu - " sözləri çıxarılsın. 2. "Kollegiyanın üzvləri" bölməsi aşağıdakı redaksiyada verilsin: 

"Azərbaycan Respublikası təhsil nazirinin müavinləri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.