Cəmiyyət

Azərbaycan ilk dəfə isthesal olunan alkoqolsuz şərab Çexiyaya ixrac olunacaq

22 May 2019 07:52
Baxış: 2 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan tarixində ilk dəfə olaraq alkoqolsuz şərab istehsalına başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Az-Granata" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal üzrə direktor müavini Vüqar Mikayılov deyib.

Onun sözlərinə görə, şirkət bir aydır ki, alkoqolsuz şərab istehsal edir: "Belə ki, bu şərab alkoqollu şərabın vakuum aparatından keçirilməsi nəticəsində alınır. Şərab "Rubai 0%" adı ilə istehsal edilərək satışa buraxılıb. Şərab əsasən ixrac üçün nəzərdə tutulub. Artıq bu məhsul Çexiyaya ixrac edilir. Yaxın günlərdə "Az-Qranata" həmin məhsulu Ukraynaya da ixrac edəcək. Şərabın bir-neçə ölkəyə ixrac edilməsi planlaşdırılır".

V.Mikayılov qeyd edib ki, alkoqolsuz şərab xərçəng xəstəliyinin yaranma riskini azaldır, artıq çəkidən azad edir.:

"Alkoqolsuz şərabın tərkibindəki resveratrol, poliflavanoillər və bir sıra kompleks birləşmələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu da insanlarda xərçəng kimi ağır xəstəliyin yaranma riskini önəmli dərəcədə azaldır, bədəndə radioaktiv şüalanmanın qarşısını alır. Həmçinin bu şərabdan hər gün 150 millilitr istifadə etməklə artıq çəkidən azad olmaq mümkündür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.