Cəmiyyət

Qarqarçayın səviyyəsi kəskin artıb, çobanlar köməksiz qalıb

21 May 2019 23:09
0 Şərh     Baxış: 862

Bu gün Qarqarçay çayında suyun səviyyəsinin kəskin artması nəticəsində çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyi  xəbər verir ki, nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində 2 çoban və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.