Cəmiyyət

Gömrük Komitəsi bəzi media qurumlarına müraciət etdi: Bu, o rəis deyil

21 May 2019 13:46
0 Şərh     Baxış: 2 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bəzi media qurumlarda yalnış şərh olunan məlumatlara münasibət bildirib.

Milli.Az-ın məlumatına görə, DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, buna görə gömrük əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilərək cəzalandırılması ilə bağlı məlumatı bir sıra media qurumları tərəfindən yanlış şərh olunub və həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Belə ki, bir sıra kütləvi informasiya vasitələri hər hansı fakta söykənmədən tutduğu vəzifədən azad edilən "Qırmızı Körpü" gömrük postu rəisinin Rəşad Babayev olduğuna dair iddiaların yer aldığı məlumatlar yayımlayıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, Rəşad Babayev, ümumiyyətlə "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsində çalışmayıb, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib, bir müddət sonra isə rotasiya qaydalarına uyğun olaraq Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub və hazırda da həmin vəzifəni icra edir.

Dövlət Gömrük Komitəsi media qurumları və jurnalistlərə komitənin fəaliyyəti ilə bağlı informasiyaları yayımlayan, şərh edərkən rəsmi məlumatlara əsaslanmağı tövsiyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.