Cəmiyyət

Sürücüləri soyan dayanacaq QİYMƏTLƏRİ - VİDEO

21 May 2019 14:09
0 Şərh     Baxış: 1 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parklanma və parkinqə görə ödəniş məsələsində yaranan ziddiyətin öz həllini tapmaması, şəhərin nəqliyyat sistemi üçün vacib addımlardan sayılır. Dövlət və özəl, sosial müəssisələrin parkinq yerlərindən şəxsi maraqlar üçün istifadə etməsi, eləcə də özləri üçün qiymət müəyyənləşdirilməsi kifayət qədər narazılıq yaradır.

Milli.Az xəbər verir ki, bu məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Fərhad Eyyubov (ATU-nun dosenti): "Ümumi parklanma ilə bağlı müəyyən böyük yerlər var ki, yalnız onlar parklanmanı təmin edirlər və onlardan müəyyən qədər mənfəət əldə edirlər. Amma bəzi müəsissələr başqa xidmətlər göstərir, amma onlar nəqliyyat vasitələrinin parklanmasını da təmin etməlidir".

Fazil Mustafa (Millət Vəkili): "Orada əgər uzun müddətə qalırsa, 24 saat olursa, doğurdan da, ona təmbeh tətbiq etmək olar. Bunun ilkin variantına baxmaq lazımdır ki, bu, əgər gedirsə, orada kimisə yola salırsa, kimisə qarşılayırsa, qısa müddətə, ondan pul almaq doğru hüquqi mexanizm sayılmır".

Mütəxəsisslər deyir ki, bu kimi halların qarşısını almaq üçün qiymətlər bir orqan və ya qurumdan müəyən edilməlidir. Eyni zamanda, belə yerlərdə, onlara yaxın ərazilərdə pulsuz parkinq yerlərinin olması da mütləqdir.

Fərhad Eyyubov (ATU-nun dosenti): "Əlbəttə, Tarif Şurası tərəfindən hələlik tam müəyyən olunmayıb. Yaxşı olar ki, müyyən qədər tarif məsələləri ilə məşğul olan şura baxsın, analiz etsin. Əgər məqsədə uyğun olarsa, bu məsələləri dəqiqləşdirsinlər".

Ödəniş məsələsində problemdə adları hallanan Bakı Beynəlxaq Avtovağzal kompleksi və hava limanlarının mövqelərini öyrənmək mümkün olmadı. Həmin vəsaitlərin hara və nə üçün yığılıb xərclənməsi ilə bağlı suallarımız da beləcə cavabsız qaldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.