Cəmiyyət

Azərbaycanda gəlin toyun səhəri həyatının şokunu yaşadı - VİDEO

21 May 2019 12:43
12 Şərh     Baxış: 14 509

Space TV-nin "Gəl, dərdini danış" verilişinə müraciət edən İlahənin həyat hekayəsi dinləyən hər kəsi sarsıdıb.

Milli.Az big.az-a istinadla xəbər verir ki, 1 ayın gəlini olan İlahə toydan sonra həyat yoldaşının ruhi xəstə olduğunu anlayıb. Bundan sonra da onun əziyyətli günləri başlayıb:

"Toydan sonra gördüm ki, qaranlıqda oturub, öz-özünə danışır, gülür. Qorxmağa başladım. Evimizə gəlmək istəyəndə bibiləri mənə iynə vurdu. Qapını bağlayıb getməyə qoymadılar. Atasız olduğum üçün məni o evdə qulluqçu kimi saxlamaq istəyirdilər. Oğlanı yalnız nişanımda görmüşdüm. Onda iynə vurmuşdular deyə özünü normal aparırdı. İndi mebellərimi geri istəyirəm, vermirlər".

İlahənin anasının sözlərinə görə, qızı toy gecəsindən sonra həyat yoldaşı ilə yatmağa qorxub.

Milli.Az

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    asi · 21 May 12:52143

    Mebelləri neynirsən, canını qurtarmısan böyük işdi..Xəstə olanların da ailə qurmaq haqqı var..Amma başı batmış böyüklər bunu şüurlu şəkildə qəbul edənlə həyata keçirməlidirlər..Hər şeyi gizlədib öz övladın naminə camaatın balasını bədbəxt etmək cəza tələb etməlidir qanuni şəkildə..Insan həyatı oyuncaq deyilki 3-5 avam cahil arvad onu məhv etsin..Bizim də bir tanışı bu cür almışdılar..Toydan bir müddət sonra qız görmüşdü ki, oğlanda ruhi problem var..Onun problemi elədirki, bir müddət normal olur, bir müddət xəstə...Başqa biri isə, ruhi xəstə oğluna qızın öz istəyi ilə qızı almışdı..Sonra çox sağlam iki övladları oldu, qızı da evdə elə saxlayırdılar ki, kraliça kimi..Kasıb imkansız ailənin qızı idi..Çətinlikdən çıxıb imkanlı bir ailənin sevimlisi əzizi oldu....Öz istəyi, öz seçimi ilə...

    Cavab yaz
    • Anonim
      Xalid · 21 May 13:2552

      Bu boyda söz-söhbətdən sonra mebel söhbəti mənə də gülməli gəldi

      Cavab yaz
      • Anonim
        Mebel · 21 May 14:4140

        Niyə ki? Bilirsiz mənim qiymətim bahalaşıbeee;))))

        Cavab yaz
    • Anonim
      Türkan · 22 May 11:2100

      Asi xanım o dediyiniz oğlanın adı Elnur deyildiki?

      Cavab yaz
  • Anonim
    Qaqa · 21 May 14:2028

    oda 1 insandida, xestedi deye evlenmesin,

    Cavab yaz
    • Anonim
      Xx · 21 May 15:43112

      Evlənirsə evlənsin. Amma sağlam qızla yox. Heç bir qüsuru olmayan qlz niyə ruhi xəstə ilə ailə qursun ki?! Ona heç ailə də demək olmayacaq axı, ailə başçısı ruhi xəstədirsə...Heç Allaha da xoş gəlməz...Camaat sağlam kişiyə ərə gedib yarımayıb. Xəstədən nə ər olar adama?!

      Cavab yaz
      • Anonim
        asi · 21 May 16:3941

        Qız özü oğlanı o cür qəbul edib ərə gedirsə, nə qəbahət deyil, nə də problem..Əksiə biri xəstədirsə onunla sağlam adamın ailə qurmağı münasibdir ki, dəstək olanı olsun..Yenə də bu cür həssas evliliklər könüllü şəkildə olmalıdı..Daha aldadıb almaq yolu ilə yox..

        Cavab yaz
  • Anonim
    yalnız bizdədir · 21 May 15:3564

    Evlənsə düzələr

    Cavab yaz
  • Anonim
    Weird · 22 May 00:1011

    nese inandirici gelmedi

    Cavab yaz
  • Anonim
    Senturion · 22 May 10:0620

    Ruhi xəstənin evləndirilməsi heç bir halda düzgün deyil əslində o düzgün şəkildə müalicə olunmalıdır əgər o evlənsə onun uşağı da çox güman xəstə olacaq və s

    Cavab yaz
  • Anonim
    Oxucu · 22 May 12:4710

    alıb aldatmaq, insanların taleyi ilə oynamaq ancaq bizdə olur, başqa ölkələrdə baş versəydi məhkəməyə verərdilər o ailəni, təzminat və s. tələb edib süründürərdilər aldadanları.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.