Cəmiyyət

Qax və Zaqatalaya qoz böyüklüyündə dolu yağıb

20 May 2019 07:35
0 Şərh     Baxış: 2 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala və Qax rayonlarına güclü dolu yağıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, axşam saatlarından başlayan yağış, daha sonra güclü dolu ilə müşayiət olunub.

Zaqatala şəhərinin mərkəzi ərazilərinə təqribən 15 dəqiqə müddətində qoz böyüklüyündə yağan dolu minik avtomobillərinə və meyvə ağaclarına ziyan vurub.

Güclü dolu Qax rayonunun bəzi kəndlərində  təsərrüfata ziyan vurub. Rayonun ucqarda yerləşən İlisu kəndinə 10 dəqiqə müddətində dolu yağıb.

Hazırda bölgədə güclü külək və yağış müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.