Cəmiyyət

Buzovnada ticarət mərkəzində yanğın, 4 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

18 May 2019 23:56
1 Şərh     Baxış: 7 087

23:56

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ticarət mərkəzinin zirzəmi qatında 100 m² sahədə parça materiallar yanıb.

22:36

Buzovnada ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar 4 nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hadisə nəticəsində 4 nəfər həmin şöbəyə gətirilib. Onlarda tüstulənmə nəticəsində panik vəziyyət yaranıb, zəhərlənmə qeydə alınmayıb.

Müraciət edənlərə də ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

20:38

Bakıda yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur).

Binada olan insanlar təxliyə edilib. Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    .. · 19 May 00:3800

    Aaa menim kendime noldu?o da geldi dusdu milli az.a...?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.