Cəmiyyət

Bakıda ana qızı tərəfindən döyülərək, küçəyə atıldı

18 May 2019 08:43
8 Şərh     Baxış: 1 246

Bakının Nərimanov rayonunda 53 yaşlı qadın qızı tərəfindən döyülüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Rufulla Axundov küçəsində baş verib. 1966-cı il təvəllüdlü Əkbərova Məhbubə Allahyar qızı öz qızı, Arzu adlı xanım tərəfindən döyülüb. Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qızı tərəfindən döyülüb küçəyə atılan ana Nəsimi Rayon Mənzil Kommunal İstehsalat Birliyində süpürgəçi işləyir.

3 gündür küçədə gecələyən Məhbubə Əkbərovanın bildirdiyinə görə, mənzil məsələsinə görə qızı onu döyərək təhqir edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində istintaq işi açılıb, araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Anladımkı · 18 May 09:07313

    Mən tək deyiləm. Valideynlər bezdirir adamı. Onu eləmə, bunu eləmə. Bizi nədən məhrum edirlərsə həmişə ona tərəf gedirik. Ona görə də indi valideynlərin çoxu bu vəziyyətdədir.

    Cavab yaz
    • Anonim
      Yusif · 18 May 09:51101

      Valideyin həmişə övladı üçün yaxşısını istəyir. Valideyinə qarşı əl qaldıran həyatda heç vaxt xöşbəxt olmaz.

      Cavab yaz
  • Anonim
    Səbinə · 18 May 09:18131

    Düşünür ki qız o evdən xeyir tapacaq?Əsla!Bu Ramazanda ikiqat günaha batdı,amma fərqində deyil..

    Cavab yaz
  • Anonim
    gulyahesen · 18 May 10:1952

    anaya qalxan əllər qirilsin.

    Cavab yaz
  • Anonim
    09/07 ye · 18 May 10:2533

    Haqlisan, valideyn dilini dinc qoysa, övlad bele hereket etmez. Insani ele veziyyete catdirirlar ki dözmek olmur. Kimse kimsenin evinin içini bilmir, ona gore de bilmeden danişmayin.

    Cavab yaz
    • Anonim
      !!!! · 18 May 14:5601

      Anladımkı və 10.25 də yazan şərhçilər... sizin kimi övladdansa qara daş sərfəlidi, barı bir evin ya hasarın təməlinə qoya bilərsən.

      Cavab yaz
  • Anonim
    Mars · 18 May 12:0730

    Ağılsız, şüursuz valideynlərin axırı belə olur. Küçə süpürüb min əziyyətlə uşaq böyüdüb ancaq normal tərbiyə verməyə vaxtı olmayıb, uşaq da belə vicdansız böyüyüb.

    Cavab yaz
  • Anonim
    Kimsesiz · 18 May 17:2200

    Neveside boyuyub oz anasini doyecek,hele onun oz anisini nece doyub kucheye atdigini da yadina salacaq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.