Cəmiyyət

Çexlər Azərbaycanda silah istehsal etmək istəyirlər

16 May 2019 23:46
0 Şərh     Baxış: 784

Çexiya Azərbaycanda müxtəlif layihələrin maliyyələşdirilməsi, həmçinin müdafiə sənayesi məhsullarının istehsalını təşkilində maraqlıdır. Bunu "İnterfaks-Azərbaycan"a Çexiya Deputatlar Palatasının sədri Radek Vondraçek deyib.

"Çexiya bankları iri maliyyə vəsaitinə malikdirlər və onları yatırmağa hazırdırlar. Azərbaycanın çox yaxşı nüfuza malikdir, niyə istehsal burada təşkil olunmasın", - R.Vondraçek bildirib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, onun sözlərinə görə, 2015-ci ildən Bakı və Praqa Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalının təşkilinə dair danışıqlar aparır. "Düşünürəm ki, hərəkətə keçməyin zamanı çatıb", - R.Vondraçek qeyd edib.

O məlumat verib ki, xüsusilə hazırda "Ceska Zbrojovka" xaricdə layihələr həyata keçirir, Azərbaycanda da istehsal təşkil edə bilərdi. "İstehsal olunan məhsullar həm yerli, həm də regional bazar üçün nəzərdə tutulur", - R.Vondraçek vurğulayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.