Cəmiyyət

Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb

16 May 2019 17:32
0 Şərh     Baxış: 1 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 374 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 117 ədəd çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, aprel ayında Azərbaycan vətəndaşları bu ölkədə 87 daşınmaz əmlak əldə edib ki, bu da 2018-ci ilin aprel ayı ilə müqayisədə 19 ədəd çoxdur.

Türkiyə Statistika Təşkilatının son hesabatına əsasən, ümumilikdə aprel ayında Türkiyədə 84,4 min daşınmaz əmlak obyekti satılıb. Məlumata görə, bunlardan 3,7 mini əcnəbi vətəndaşlar tərəfindən əldə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.