Cəmiyyət

Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı - CƏDVƏL

14 May 2019 22:13
0 Şərh     Baxış: 4 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmanın əsas şərtlərindən biri də hər bir işdə Allaha arxalanmaqdır.

Milli.Az xəbər verir ki, insan azad məxluq kimi yaradılsa da, onun hər bir addım atdıqda Allaha təvəkkül etməsi çox bəyənilən haldır. Ramazanın 10-cu gününün duası insanı həmişə Allaha arxalanmağa çağırır və insanın Allahsız bir iş görəcəyinin qeyri-mümkün olduğunu deyir. Elə imanın əlamətlərindən biri də görəcəyiniz işlərdə Allaha təvəkkül etməkdir. Doğrudur ki, təvəkkül məsələsi əsasən həyatın taleyyüklü məsələlərinə aid edilir, amma bu iman xüsusiyyəti müsəlmanın gündəlik həyat tərzinin bir hissəsini təşkil etməlidir.

Ramazan ayının 10-cu gününün duası belədir:

"Allahumməc'əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc'əlni fihi minəl-faizinə lədeyk. Vəc'əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".

Tərcüməsi:

"İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan et. Kəramət və ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!"

Xatırladaq ki, bu gün iftar vaxtı saat 19:49-da, sabah imsak vaxtı isə sübh saat 03:43-də olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.