Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsindən müraciət: "Əllərindəki təkcə sükan deyil..."

13 May 2019 09:18
3 Şərh     Baxış: 2 886

Son günlər qeydə alınmış ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların baş verməsinin əsas səbəblərindən biri də məhz sürücülərin sükan arxasında diqqətsizliyidir.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, bu səbəbdən baş verə biləcək yol qəzalarının qarşısının alınması məqsədilə bir daha sürücülərin diqqətinə çatdırlır ki, nəqliyyat vasitələrini idarə edərkən son dərəcə diqqətli olmalı, sürət rejimini nəzarətdə saxlamalı, yol nişanlarına və nişanlanma xətlərinə diqqət yetirməli, sərnişinlərlə və ya mobil telefonla diqqəti yayındıra biləcək söhbətdə iştirak edilməməlidir.

Qəzaların analizi, həmçinin göstərir ki, bir çox yol-nəqliyyat hadisəsinin qarşısının alınması, yaxud daha az zərərlə nəticələnməsində sərnişinlərin xüsusi rolu olur. Belə ki, öz təhlükəsizliyi naminə həyatını sürücünün ixtiyarına buraxmayan, mənzil başına sağ-salamat çatmaq istəyən sərnişinlərin ayıq-sayıqlığı, yolboyu sürücünün qaydalara riayət etməsinə, onun nəqliyyat vasitəsini idarə etmə qabiliyyətində olub-olmamasına diqqət yetirməklə sürücünün görmədiklərinə vaxtında reaksiya vermələri və ən azı onun diqqətini yayındırmamaları yüzlərlə qəzanın, o cümlədən ölüm və xəsarətin qarşısını alıb.

İdarə bir daha iştirakçı kateqoriyasından asılı olmayaraq küçə və yollarda hərəkət edən hər bir şəxsi son dərəcə diqqətli olmağa, tələsmək bəhanəsi ilə 100-200 metrlik məsafəni qənimət bilib qaydalara əməl etməməklə cahilliyin qurbanına çevrilməməyə, əzizlərinizi, doğmalarınızı gözüyaşlı qoymamağa çağırır:

"Eləcə də sürücülərimiz unutmamalıdırlar ki, əllərindəki təkcə sükan deyil, həm də özünün, sərnişinlərinin və piyadaların həyatıdır".

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Azazel · 13 May 11:3920

    Mənde bir mənalı Dyp nin Əllərindəki təkcə kağız hissəsi yox cəza qəbzi olduğunu fikirləşirəm.

    Cavab yaz
  • Anonim
    TRUE · 13 May 12:4620

    Ən əsası mədəniyyətdir.Sonra diqqət və savabdır.Yol səhvi bağışlamır. Ani kiçik bir səhv böyük bir faciə törədir. Sürücünün mədəniyyətinin hansı səviyyədə olduğunu isə onu avtomobili necə idarə etməsindən bəlli olur.Deyir ,,Sən sür və mən deyim sən kimsən ,, Yaxşı olardı piyada zolaqları gecələr gur işıqlandırılsın. Dairəvi hərəkətə,baş yol,güzəştli yol nişanları quraşdırılsın.(Bəzi sürücülər bunu qarışdırır ) Ağıllı yol nişanları ya azdır,ya da tam yerində deyil. Bəzi piyada zolaqları döngəli yerlərdən uzaqlaşdirılmalıdir.Bu da zəncirvari qəzalara səbəb olur. Tıxaclı yerlərdə yol polislərı görünməlidir.

    Cavab yaz
  • Anonim
    TRUE · 13 May 12:5900

    >> savaddır

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.