Cəmiyyət

Bakı-Qazax yolunda hərəkət məhdudlaşdırılacaq

10 May 2019 17:47
0 Şərh     Baxış: 1 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 115-120-ci km-lik hissəsində (Hacıqabul rayonu) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması mayın 13-dən avtomagistralın Bakı şəhəri istiqaməti üzrə olan hissəsində tətbiq ediləcək.

Təmir işləri müddətində hərəkət magistral yolun sözügedən hissənin əks istiqaməti üzrə ikitərəfli olaraq təmin olunacaq.

Avtomagistralın sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.