Cəmiyyət

Dünən ən çox yağıntının düşdüyü ərazilər açıqlandı

10 May 2019 18:17
2 Şərh     Baxış: 1 989

Ötən gün ölkə ərazisinə düşən yağıntının miqdarı açıqlanıb.

Milli.Az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib ki, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi mayın 9-u axşamdan 10-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağıntının miqdarı Qəbələ, Kişçayda (Şəki) 8, Xınalıqda 5, Şahdağda 4, Qırız, Şəki, Oğuz, Ordubadda 3, Göygöl, Ağdərə (Ordubad), Lənkəran, Astara, Lerik, Sarıbaş (Qax), İsmayıllıda 2, Yardımlı, Neftçala, Biləsuvar, Qazıməmməd, Salyan, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Zərdab, Göyçay, Yevlax, Xaltan, Qusar, Mərəzə, Zaqatala, Ağstafa, Ağdam, Şəmkir, Gəncə, Gədəbəy, Daşkəsən, Şahbuz, Naxçıvan, Binə, Sumqayıtda 0.4-1 mm olub.

Şimal-qərb küləyi Daşkəsəndə 25, Naftalan, Gəncədə 20, Naxçıvan, Ağdamda 16 m/s-dək güclənib.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    oxucu · 10 May 19:2000

    Bax bugün bu məlumat kimə lazımdır? Bir gün qabQ deyilsəydi başa düşmək olardı , bəlkə də bir işə yarayardı. Nə isə....

    Cavab yaz
  • Anonim
    kamal · 11 May 01:4400

    Ayin necesine kimi bu elveriwsiz hava olacag?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.