Cəmiyyət

“Zülmdən doğan işıq” adlı ədəbi-bədii sənədli filminin təqdimatı keçirilib - FOTO

9 May 2019 07:05
0 Şərh     Baxış: 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Mədəniyyət Baş İdarənin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində "Zülmdən doğan işıq" adlı ədəbi-bədii sənədli filminin təqdimatı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təqdimat Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunub.

Açılış zamanı C.Cabbarlının ev muzeyinin direktoru Qəmər Bağırova çıxış edərək qonaqları salamlayaraq, C.Cabbarlının həyat və yaradıcılığı, xüsusilə istiqlal dövrü, sovet dövründə yaradıcılığının gizli saxlanılan məqamları haqqında danışıb.

Yaradıcı heyət adından çıxış edən ssenari müəllifi və rejissor Babək Abbaszadə və bədii rəhbər Tahir Tahiroviç filmdə dramaturqun Azərbaycan Demokratik Respublikasının Parlamentində gördüyü işlərdən, "İstiqlal" qəzetinin redaktoru kimi fəaliyyətindən, həbsxana dövründə yazdığı şeirlərdən, həmçinin şəxsi həyatının naməlum qalmış səhifələrindən bəhs edildiyini vurğulayıblar.

Sonra film nümayiş olunub. "Zülmdən doğan işıq" adlı ədəbi-bədii sənədli film tamaşaçıların geniş marağına səbəb olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.