Cəmiyyət

Hazırda duman var - Gündüz hava necə olacaq?

8 May 2019 09:05
0 Şərh     Baxış: 3 715

Hazırda paytaxtda duman müşahidə olunur.

Bu gün ölkə ərazisində gözlənilən hava şəraitinə gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında 24-29, Bakıda 26-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu aranda 27-32, dağlarda 15-20 dərəcə isti təşkil edəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.