Cəmiyyət

Günün qoroskopu: Yaxın ətrafınızdakı insanlarla müqayisədə siz daha aktiv çalışmalısınız

6 İyun 2019 00:01
19 Şərh     Baxış: 7 379

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Hadisələri tələsdirməyin, tam formalaşmamış situasiyalara kobud müdaxilələr etməyin. İşləri tez başa vurmaq üçün mütəxəssislərin yardımlarından istifadə edin. Yaxşı çalışsanız, gəlirləriniz pis olmayacaq.

Günün ikinci yarısında işgüzar təmaslarda sakit, soyuqqanlı olun. Diplomat təki davranın. Yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var. Görəcəyiniz işin ödənişini istəyəndə məbləği realistcəsinə formalaşdırın. Gərgin vəziyyətdə emosiyalarınıza hakim olun.

Axşam saatlarında gəzintiyə çıxın.

Buğa - Daha bir harmonik gündür. Bir qədər əvvəl başladığınız işləri yarımçıq qoymayın. Maneə və sədlərdən qorxmayın. İntuisiyanızla praktiki hissiyatınız sizə məsuliyyətli işlərdə, önəmli məsələlərdə dürüst seçim etməyə imkan verəcək.

İfrata varmayın. Tamahkarlıq etməyin.

Günün ikinci yarısında imicinizin qeydinə qalın. Nüfuzunuza zərbə vura biləcək qərarlar verməyin. Stilinizi qoruyun.

Hormonal balansa fikir verin. Səhhətinizin qeydinə qalın.

Əkizlər - Günün ilk yarısında başlayacağınız işlərdə qətiyyətli olun, yarıyolda dayanmayın. Mühüm mərhələlər və dönəmlərə fikir verin. Ən yaxşı keyfiyyətə can atın. Belədə zəhmətinizin nəticəsini görəcəksiniz, səyləriniz boşuna getməyəcək.

Günün ikinci yarısında yeni prosesə başlamaq olar. Evin təmiri, fərqli biznes, yeni iş yerinə adaptasiya üçün əlverişli zamandır.

Unutmayın ki, istənilən işdə ardıcıllıq və sistematik fəaliyyət əsas məsələlərdən biridir. Cari işlərlə məşğul olarkən uzunmüddətli perspektivləri də unutmayın.

Axşam saatlarında səfər ola bilər.

Xərçəng - Biliklərinizlə potensialınızı nümayiş etdirmək üçün əla zamandır. İşgüzar münasibətlər ilə məişət problemlərini qarışdırmayın. Ən çətin problemin həllini, istək olarsa, gəlirli olaya çevirmək olar.

Günün ikinci yarısında başladığınız işlərin praktiki yönlərinə xüsusi fikir verin. Yaxınlarınızın qeydinə qalın. Dəyər verdiyiniz insanın qayğıya ehtiyacı var.

Kiminsə xoşuna gəlməyə çalışmayın. Öz işlərinizlə məşğul olun.

Axşam saatlarını maraqlandığınız işə ayırın. Hobbini yada salmaq olar.

Şir - Təmkinli olun. Harmoniya düşünülmüş fəaliyyətdədir. Fəaliyyət sahəsindəki yenilikləri dəqiqləşdirin, təhlil aparandan sonra məntiqi seçim edin.

Alış-verişdə kredit kartlarından çox istifadə etməyin. Kredit məbləğlərinin aylıq ödənişlərinin ilk baxışdan "kiçik" olmasına aldanmayın.

Günün ikinci yarısında rasionunuza fikir verin. Pəhrizə və ya məşqlərə başlamaq üçün münasib zaman deyil. Orqanizminiz üçün "stress-test" keçirməyin.

Qız - Hansısa məsələdə dərin şübhələriniz varsa, tələsik addım atmayın. Kompromisə, güzəştli həll variantına zərurət duyulur. İşlərin sonucunun uğur səviyyəsi məhz sizdən asılıdır.

Durumun maliyyə yönlərinə xüsusi fikir verin.

Günün ikinci yarısında yeni iş təklifi ala bilərsiniz. Gəlirlərin, yaxud maaşın müntəzəmliyinə, habelə məbləğinə xüsusi fikir verin. Hadisələrə ciddi təsir imkanlarına malik insanla əlaqə saxlayın. Sevdiyiniz insanın diqqət izharlarınıza ehtiyacı var.

Tərəzi - Situasiyanı tam anlamaq üçün praqmat olun. Hisslərin əsirinə çevrilməyin. Fəaliyyətinizin maddi ekvivalentini düşünün. Zəruri ehtiyacları və tələbatları ön plana çəkin. Yaşam və fəaliyyət əlavə xərclər tələb edəcək.

Günün ikinci yarısında işlərinizi effektləşdirə biləcək amillər, avadanlıq və ya vasitəyə yiyələnmək üçün əlinizdən gələni edin. Simiclik zamanı deyil.

Maddi durumunuzu götür-qoy edin. İzafi xərclər mənasızdır.

Axşam saatlarında informasiyanı təftiş edin.

Əqrəb - Münasibətlərdə tarazlığı qoruyun. Aqressiv, həyasız, davakar insanlardan uzaq durun. Maliyyə anlaşmaları, xidmət mübadiləsi və qarşılıqlı fəaliyyətlə bağlı məsələlər xüsusi aktuallıq kəsb edəcək. Yeni tərəfdaşlığa başlayarsınızsa, hərdəmxəyallıq etməyin. Yaradıcılıq alyansları üçün münasib zamandır.

Günün ikinci yarısında müzakirəni şouya çevirmək istəyənin planlarını alt-üst edin. İnandığınız, etibar etdiyiniz insan yanınızda olmalıdır. Axşam saatlarına yaxın tənhalıq, nisgil, bədbinlik istisna deyil.

Axtardığınız insan sizi arayır.

Oxatan - Vurnuxma və tələskənliyə aludə olmayın. Mövqelərinizin dayanıqlı, gəlirlərinizin stabil olmasını istəyirsinizsə, şirin dillərə, yaltaqlığa, şayiələrə inanmayın. Borc verməyin, borc almayın. Yalnız zərurət duyduğunuz əşyanın əldə olunması və ya yeni, gəlir vəd edən layihə üçün kredit götürmək olar.

Günün ikinci yarısında tənqidə kobud reaksyia verməyin. İmmunitetinizi gücləndirin. Sağlam qidalanın. Səhhətinizin qeydinə qalın.

Axşam saatlarına yaxın sosial şəbəkələrdə çox vaxt keçirməyin.

Beyninizi mənasız informasiya, idiotik xəbərlərlə yormayın.

Oğlaq - Yaşamdan həzz almağa çalışın. Fəaliyyətinizin konkret nəticələrinin daha yaxşı olması üçün mümkün variantlar arasından ən yaxşı taktikanı seçməlisiniz.

Biznesdə, yeni layihələrdə, habelə yaradıcılıq axtarışlarınızdakı aktivliyiniz sonucsuz qalmayacaq. Birgə fəaliyyətdə praktiki məsələlərin önəmi artacaq.

Günün ikinci yarısında sizə yalan danışacaq, arxadan zərbə vurmaq istəyəcəklər. Bədxah adamın çirkin niyyətinin reallaşmaması üçün sadəlövh olmayın. Hər deyilən sözə inanmayın. İnandığınız insanla əməkdaşlığı genişləndirin.

Dolça - Yaxın ətrafınızdakı insanlarla müqayisədə siz daha aktiv çalışmalısınız. Ağır fiziki işlər məsləhət deyl. Xırdalıqlara fikir verin, aktiv olun, enerjili insan təsiri bağışlayın.

Ümumi mənzərə barədə bitkin məlumatlar əldə etmək üçün səy göstərin.

Günün ikinci yarısında problemləri ilkin mərhələdə həll edin, onların ağırlaşmasına şərait yaratmayın. Rutin və cari işlərdən yayınmayın.

Maliyyə məsələlərində diqqətli olun. Evdə təmirə və ya abadlaşdırmağa başlamaq üçün əlverişli zamandır.

Balıqlar - Effektiv əməkdaşlığa, məhsuldar tərəfdaşlığa mane olan ziddiyyətləri aradan qaldırın. İşgüzar məsələlərin nəzərdən keçirilməsi zamanı xırdalıqlarda güzəştə getmək olar. Hansısa təfərrüat sizi narahat edirsə, anlaşmanın müvəqqəti və ya alternativ variantını təklif edin.

Günün ikinci yarısında gəlirləri artırmaq şansları var. Fərdiyyətçi olmayın, eqoistlik səviyyəsini artırın. Şəxsi münasibətlərdə qarşılıqlı diqqət və sayğı çox önəmlidir.
 

Milli.Az

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 İyun 00:0140

    Yene deee bayraminiz mübarek olsun gözel olsun Canlarım.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 İyun 00:0330

    F.S.D. xanim fotodaki tebriki oxudum Cox saq olun canimm menim belke burani oxuyarsiniz Mende sizi semimi qelbden tebrik ediremm uzun ömür, can saqliqi arzulayiram ve ne arzulariniz var heyata gecsin deyirem ..

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 İyun 00:0440

    Vəəə canlarim 2 günn gezmeye gediremm yazsam ordan yazacamm sabah qonaq gediremmm Senbe günü gelecemmm Allah qoysaaaa.Emim qizi gileee.Seq olunn selametlerle qalinnn

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 İyun 00:0430

    Yuxunuz Bal Esra olsun Şipşirin ve Mestan Esra olsun gözellll gööööözelll olsunnnn

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 İyun 00:0530

    Moder cannn seninnn yuxun Turşşş Esraaaa olsunnn daaaa)))

    Cavab yaz
  • Anonim
    &&& · 6 İyun 07:0400

    Hamiya Salam,kankişim və canım dostlarim necəsiz?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 6 İyun 08:1020

      Canim menim seni tebrik edirem ailenle Melekle Bebş.le birgeee uzun ömür möhkem can saqliqi arzulayiram Daima körpelerin yaninda olasan ezizlerinle birge.Men yaxsiyam bir azdan qonaq gedecem satt 10-da 11 in yarisi bele cixacam emim qizi gile gedecem kefim yaxsidi amma hava küleklidiii dünen yaxsi idi.

      Cavab yaz
  • Anonim
    &&& · 6 İyun 07:0710

    Əsram arvadın anası ölmüsdu axi qara bayramdi kendde yenə gedib 3 gündü kecən dəfəki vəziyyətdi onçun ümumiyyətlə yaZammıram gözəlim bacım çox darixirame yazmag istirəm vaxt edəmmirəm külfət mənim boynumdadı:):):)

    Cavab yaz
  • Anonim
    &&& · 6 İyun 07:0900

    Əsram qızdaki avqusta bilinəcək təmiz qurtardi ya yox 3 ay vaxt verdilər barısmaga ama deyəsən ayrilacaglar bu sefer hec biri addim atmir nə bunlar nə onlar görək başımıza nə gəlir

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 6 İyun 08:1210

      Vaxt hemise verirler hele yaxsidi 3 ay veribler 6 ay yox0 Arvad pis olarrr yeqin kii eslinde bunlar yox o teref nese terpenmelidir de en esasi da yoldasiii Yoldasi laqeyddiseee onda ayrilacaqqqq.Sene ziyandi heyfff Allah xeyrlisi nedise onu da etsin hem sene gore hem de ona gore heqiqeten ona yaziqim gelirrr Vallah usaqi olmamaqi lappp pisssdi yaziqdiii.

      Cavab yaz
  • Anonim
    &&& · 6 İyun 07:1110

    Əsram csnım bacım çox darıxmışame sənçin bayramınız necə kecdi Allah qəbul etsin tutmuşdunsa ürəyim bacım

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 6 İyun 09:1330

      Canim mende senin için coxx darixmisamm.Tutmadim Qedr gecelerin tutdum Allah tutulan bütün Oruclari qebul etsin Aminnn !!.Öpürem seni de bebişləriii dəəə İndiii hazirlasirammm..

      Cavab yaz
  • Anonim
    &&& · 6 İyun 07:1510

    İnşallah şərhlərim gedər sonsuz təşəkkürlər Moderimizə çox sagolun

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 6 İyun 09:3710

    Sevimli dostlarım bayramınız mübarək!

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 6 İyun 09:4410

      Canim Tutu, cox saq ol var olll cannn seninle bahemmm.Tebrik edirem seniiii.nece bele bayramlaraaa cixasan.

      Cavab yaz
    • Anonim
      Esmer · 6 İyun 11:5500

      Can sənində Bayramın Mübarək Tutucan Necesen Gozel qız .?işlerin necedi ?

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 İyun 10:0120

    Canlarim, menim, saq olun selametlerle qalinnn.. haminiiziiii marççççç ediremmmmm, öpürəmmmm.. Qismetseeee göruserikkk İnsaaalaahhhh Mennn getdimmmmmmmm...

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 İyun 10:0220

    Moderrr cannn sendeee saq olll salamattt qalll ayyy Moderrr cannnn...

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 6 İyun 14:1200

    Çox sağ olun gözəl Esracan və Əsmərim yaxşı olasınız. İşlərimdə yaxşıdı min şükür inan dünən bayram günü işdə olmuşam axşamadək. Çooox yazmaq istəyirəm vaxt olmur. Hər birinizi çooooox istəyirəm . Siz ❤siz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.