Cəmiyyət

Günün qoroskopu: Danışıqlar, toplantı, müzakirələr, görüş üçün əlverişli vaxtdır

5 İyun 2019 00:01
25 Şərh     Baxış: 6 034

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - gün ərzində bütün işlər ciddi səy, maneələrin dəf olunmasını, diqqətli davranışı tələb edəcək. İnformasiya azlığı, iş yoldaşlarınızın ətalət və astagəlliyi fəaliyyət ritmini aşağı salacaq. Lakin Ay və Əkizlər bir müddət sonra vəziyyəti dəyişəcək.

Problemləri həll etmək imkanı yaranacaq, situasiya sürətlənəcək, gözlənilən məlumat gələcək.
Yeni əməkdaşlıq formaları, faydalı məlumat axtarışı, çıxış və mühaizə hazırlamaq, bilikləri artırmaq, məqalə hazırlamaq, can atdığınız işi həll etmək üçün uğurlu gündür.

Şəxsi münasibətlərdə söhbətlərin xüsusi önəmi olacaq.
Tərəf müqabilinizi etirafla sevindirin, ümumi planları müzakirə edin.

Buğa - günün ilk yarısında əsas işləri tamamlağa çalışın, çünki sonrakı saatların effektivlik səviyyəsi çox aşağı olacaq. Əks cinsin mənsubunun yardımına bel bağlamayın. Hissiyat və məntiqi işə salın.

Əvvəl başladığınız işi bu gün tamamlayın. Yeni işlərə başlamaq, danışıqlar aparmaq, sənədləşdirmə ilə məşğul olmaq üçün əlverişli vaxt deyil.

Fiziki iş məsləhətdir.
Şəxsi münasibətlərdə hər şey yaxşı olacaq. İfrat tələbkarlıq etməsəniz, ciddi yeniliyə nail olmağa çalğışmasanız, yaxınlarınızla təmaslar yaxşı, qarşılıqlı anlaşma isə istədiyiniz səviyyədə olacaq.

Axşam saatlarına yaxın məhsuldarlıq artacaq. Alış-veriş üçün uğurlu gündür.

Əkizlər - Günəş, Merkuri və Neptun arasındakı münasibətlər sizə hamilik edəcək, təşəbbüs və istəklərinizi nəzərə alacaq. Qüvvə, güc artımı hiss edir, daha cəsarətli və inadkar olduğunuzu duyursunuz.

Rəqiblərinizə göz açmağa imkan verməyin, onları üstələyin, xəbis xislətli insanları qabaqlayın. Əgər nəyəsə nail ola bilmirsinizsə, geri çəkilməyin.
Bilmədiyinizi öyrənin və kimsəyə imkan verməyin ki, sizi qorxaq, müti, sakit və başıaşağı, üzüyola adam saysın.

Məqsədə çatmaq üçün bazis və şərait yaradın. Yeni plan və işinizə qatmaq istədiyiniz insana məramınızı danışın.

Sizdən uzaqda olan insanlarla təmas, yazışmaların bərpası üçün əlverişli gündür.
Dostlarla görüş, təmaslar, alış-veriş də günə rövnəq verə biləcək məqamlardır.

Xərçəng - ətalət və tənbəlliyə qalib gəlin, görüləsi işləri sabaha saxlamayın. Səhər saatlarında fəaliyyətinizi tənzimləyin, işlərdə, sənədlərdə, yazılarda qayda yaradın, evi və işlədiyiniz yeri nizama salın.

Gecikməməyə, sərfəli şansı əldən verməməyə çalışın. İnformasiya və xəbər axını artacaq. Danışıqlar aparmalı, kimisə dilə tutmalı, münaqişəni həll etməli olacaqsınız. Yeni işlər, səfər, gəzinti, mühüm görüş barədə düşünün.

Çalışdığınız yerin görkəmini bir qədər dəyişmək olar.
Bu gün məmur təzyiqinə məruz qala bilərsiniz. Rüşvət verməyin, geri çəkilməyin, haqqınızı tələb edin və bu tələbin reallaşması üçün qanun çərçivəsində hər şeyi edin.

Axşam saatlarını özünüzə və sevdiyiniz insana ayırın.

Şir - yaxın gələcəyin strategiyasını müəyyənləşdirin. Bunun üçünsə işdə rəhbərliklə danışaraq konkret məsələni həll etmək, hansısa mövzunu bağlamaq, işi başa vurmaq gərəkdir. Problemi nə qədər tez və effektiv həll etsəniz, yeni məqsədlərə çatmaq üçün bir o qədər geniş imkanlar yaranacaq.

Evdə gərəksiz əşyalardan qurtulun. Günün ikinci yarısı yüksək məhsuldarlıq dövrüdür. Yeni ideyalar, iş üçün enerji yaranacaq. Əgər nə iləsə aktiv şəkildə maraqlanırsınızsa, sonrakı fəaliyyət üçün müstəvi hazırlayın, məqamı fərqli yönlərdən çözməyə çalışın.

Qız - ötən günlərdə yerinə yetirə bilmədiyiniz vədləri yada salın və görülməmiş, ya da yarımçıq qalmış işləri bitirin. Aktual məsələlər və öz marqlarınızın təminatına daha çox diqqət ayırın.

İnformasiya ilə işləmə, təcrübə mübadiləsi etmək, öyrənmək və təcrübəni artırmaq olar.
Bəxtin üzünüzə güləcəyi məqamı gözləməyin, məqsədə çatmaq üçün gərəkli hər şeyi edin. Bu gün səs-küy, narahatlıq, qarğaşa ola bilər. Lakin paradoks yaşanacaq - bütün bunlar çətin işi asanlaşdıracaq.

Küsülü olduğunuz insanla barışın, köhnə münaqişənin gərginliyini aradan qaldırın, köhnə haqq-hesabları unudun.

Tərəzi - həyat daha maraqlı olur, imkanlar sanki boş yerdə, heç nədən yaranır. Sərf etdiyiniz əməyin həcmi və miqyası ilə nəticələr arasında məcburi korrelyasiya yoxdur.

Bəzi işlər aktiv müdaxilə olmadan çözülür. Lakin situasiyanı sizə lazım olan anda dəyişin, müdaxilələr edin. Bu və digər formada sizə gərəkli ola biləcək insanlarla sıx əlaqələr qurun.

Enerjinizin çox olmasından yararlanın, əməyinizin bəhrəsindən həzz alın, sevdiyiniz insanı sevindirin.

Əqrəb - təəssürat və xəbərlərin sürətlə yenilənməsinə rəğmən gün sizi sevindirəcək. Maliyyə məsələlərində çoxdan bəri sizi narahat edən məqam həllini tapacaq. Maddi ünsürlərdə yaxşı perspektivlər var.

Ailədə mühüm müzakirə ola bilər. Yeni imkanlar və planların aktiv şəkildə artması səbəbindən adət etdiyiniz intizam bir qədər pozula bilər.
Evdəkilərdən xahiş edin ki, bəzi qayğıların öhdəsindən onlar gəlsinlər, hər şeyi sizə həvalə etməsinlər.

Axşam saatlarında zahiri passivliyə rəğmən, imkan düşən kimi mühüm məsələni həll edəcəksiniz.
Diqqət izharı, maraqlı xəbər gözləyin.

Oxatan - gün sakit başlanacaq. Ciddi heç nə etməyərək yığılıb qalmış işləri başa vurmaq, sorğulara cavab vermək olar. Güc və qüvvənizi opponentlərə nəyinsə başa salınmasına sərf etməyin. Bu işi sabaha saxlayın.

Praktiki işlərə, düzən yaradılmasına, birbaşa və ya dolayı gəlirlə mənfəət vəd verən işlərə maksimum diqqət ayırın.
Məhdud çevrədə görüş, ailə müzakirələri, yaxınlar və qohumlardan birinə yardım üçün əlverişli gündür.

Axşam saatlarına yaxın əhvalınız dəyişəcək. Çoxsaylı yeni planlar peyda olacaq, onlar bir-birlərini üstələyəcək. Görüş təyin etmək, ünsiyyətdə olmaq, yeni insanlarla tanış olmaq mümkündür.
Sizi aldatmağa çalışacaqlar. Eşitdiyiniz hər şeyə inanmayın.

Oğlaq - əhvalınız sakit, işgüzar olacaq. Əsas fəaliyyət istiqamətindən yayınmayın. Sürprizlər özləri sizi tapacaq. Gözlənilməz tapşırıq, yeni fəaliyyət istiqamətinin təhlili mümkündür.

Ay və Əkizlər arasındakı münasibətlər spontan hadisələr ehtimalını artırır. Evə qonaq və ya yeni xəbərlərlə dostlar gələ bilərlər. Poçtu yoxlayın, yeniliklərə ehtiyac duyursunuzsa, yazışın. Hadisələri bir qədər tələsdirin.

Günün ikinci yarısı bir qədər piyada gəzin.
Yolda və nəqliyyatda ehtiyatlı olun.

Dolça - yarımçıq qalan, daha maraqlı planların reallaşdırılmasına mane olan işi başa vurun. Alınan xəbərləri qaydaya salın, iş yerinizdə nizam yaradın, daha rahat şərait qurun. Bu, sabahkı günə daha uğurlu başlamağa imkan verər.

Danışıqlar, toplantı, müzakirələr, görüş üçün əlverişli vaxtdır.
Günün ikinci yarısı informasiya daşıyıcıları, elektronika, məişət texnikası almaq üçün əlverişlidir.

Axşam saatları görüş, dostlarla ünsiyyət, yazışma üçün yaxşıdır.

Balıqlar - bu gün kimsənin sizə təzyiq göstərməsinə imkan verməyin. Rahat olun, ciddi işlə məşğul olun. Günün tələblərini və yaşamın şərtlərini nəzərə alaraq çalışın.

Təcili olmayan işlərə diqqət yetirə bilərsiniz. Lakin istədiyiniz, maraqlandığınız işə vaxt ayırmaq, görüş təşkil etmək də olar. Xoş ünsiyyət, xəbər və planların mübadiləsi də pis olmazdı. Sizdən indi daha çox aktivlik gözləsələr də, öz işlərinizlə məşğul olun, planlarınızı reallaşdırın.

Ailə işləri və qayğıları gün ərzində ön planda olacaq.
Praktik olun, ayaqda möhkəm durun. Geri çəkilməyin, əyilməyin.

Kiməsə mühüm xəbəri çatdırmaq, ailədəki problemi müzakirə etmək üçün axşam saatları əlverişlidir.
Onlayn alış etmək olar.

Milli.Az

loading...

Şərh yaz:

25 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 İyun 00:02240

    Bayraminiz Mübarek olsun əziz xalqim ! Canlarimmm !

    Cavab yaz
    • Anonim
      Melek b · 5 İyun 01:1250

      Esra can tebrik edirem bayramini (****)cebhe bolumune gore (****)

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 İyun 08:3170

        Can Meleyim, cox saq ol var ol.. seni de tebrik ediremmm .Xosbext olasan bextever olasan..

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 İyun 00:0390

    Milli cani Moder canlari ve bütün şerhcileri tebrik ediremmm.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 İyun 00:04100

    Status-2 növ pesiman olan insanlar var 1-Evlenib pesiman olanlar ,2-Ayrilib pesiman olanlar !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 İyun 00:0480

    Status-Ey sevən cütlükler, 1 anliq heves deyil 1 ömürlük nefes olun !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 İyun 00:0570

    Status-İntikam gücsüzlerin işidir , sessizlik ise güclülerin en boyuk silahidir !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 İyun 00:0770

    2 letife de yazim bayram günü -Demek delixanadan 2 deli qacirllar Axsama qayidirlar delixanaya Deliler deyir : Bes niye geldiniz siz qacmamisiniz ? 2 Deli deyir ? Bu planli məşq idi ,sabah qaçacoq :)))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 İyun 00:0970

    Molla Nesreddinin evine oqru girir Molla da carpayida yatib Oqru ne qederrr evi axtarir hec ne tapmir Baxir ki Molla oqrunu gorub tez yorqani uzune cekdi Oqru deyir -Sen niye bele edirsen?? Molla deyir-Oqru qardas utaniramm üzü qara oldum yaninda 1 sey tapmadun ki goturub gedesen men de rahat yatim:))))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 İyun 00:1070

    Vəəəəə Geceniz xeyre qalsin yuxunuz Bal Esra olsun Mestan Esra olsunnn Şipşirin ve gözellll yuxularrr..

    Cavab yaz
  • Anonim
    Şemkirli · 5 İyun 08:2650

    Salam dostlar Bayraminiz mubarek

    Cavab yaz
    • Anonim
      Esmer · 5 İyun 10:3110

      Siznle Bahəm Gözel İnsan .Şəmkirli Balasl .Məndə siz Təbrik edirəm .....

      Cavab yaz
  • Anonim
    Mahir · 5 İyun 09:4320

    Salam əziz şərhçilər necəsiniz? Kefiniz-əhvalınız necedir? Hamınızın bayramını tebrik edirəm. Sizə möhkəm can sağlığı və ruzi-bərəkət arzu edirəm. Qoy bu müqadddəs ramazan bayramında arzularınız çin olsun.

    Cavab yaz
    • Anonim
      Esmer · 5 İyun 10:3210

      Salam Mahir Bəy sizinlə Bahəm ..

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 İyun 11:5810

        Salam Mahir bey ! cox saq olun var olun Hamisi qarsiliklidir .Mende seni tebrik edirem bayramin mubarek olsun eziz olsun.Men yaxsiyam cox saq ol .

        Cavab yaz
    • Anonim
      Zəhra · 5 İyun 10:3910

      Salam. Mahir qardaşım. Çox sağolun. Necəsiz?Bahəm qardaşım. Sizin də bayramınız mübarək

      Cavab yaz
  • Anonim
    Esmer · 5 İyun 10:3010

    Əziz Şərhcilər .və Moderler Bayramınız Mübarək .Allah Tutduqunuz Oruc Və Dualarınız qəbul etsin .İnşallah Yeniden Ramazana Qovuşmaq Ümüdi ile Bir daha Təbrik edirəm ...

    Cavab yaz
    • Anonim
      Şemkirli · 5 İyun 11:0310

      Salam menim birdene dosdum gozel insan Daglarin gozel qizi Sizinde tebrik edrem Allah tutuquz oruculari Etiyiviz Dualari qebul etsin Allahin rehmi usduzuzden eksik olmasin

      Cavab yaz
      • Anonim
        Esmer · 5 İyun 11:2210

        Can Cox sag ol Eziz Qardaşım Təbrik ücün cox sag ol .inanki hormet . Və etdyiniz Arzular Qarşılıqdı .Şəmkirimin .Gözel ürekli Balası .Allah hər zaman üstünüzde olsun .

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 5 İyun 11:5920

          Esmərim senin de bayramin mubarek olsun,eziz olsun .. canimmmm balalarini tebrik edirem öpüremm ..

          Cavab yaz
          • Anonim
            Esmer · 5 İyun 12:1810

            Cox sag ol Esracan .mende seni Ayiləni təbrik edirəm .Azad Balanı təbrik edirəm

            Cavab yaz
  • Anonim
    Zəhra · 5 İyun 10:4010

    Əsmərim Esram. Bayramınız mübarək

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 5 İyun 11:5310

      Canim Zehram cox saq ol var ol Men de seni ve ezizlerini tebrik edirem/

      Cavab yaz
  • Anonim
    Zəhra · 5 İyun 10:4120

    Bizim hörmətli moderatorumuzun və digər bütün şərhçilərin bayramın təbrik edirəm. Allah bu ayda tutduğunuz orucları qəbul eləsin

    Cavab yaz
    • Anonim
      Esmer · 5 İyun 10:5910

      Can Sənində Bayramın Mubarək Balaca gözel ..

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.