Cəmiyyət

Günün qoroskopu: Qətiyyətli olsanız, pozitiv nəticəyə nail olacaqsınız

28 May 2019 00:01
44 Şərh     Baxış: 8 395

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - imkan və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Situasiya təhlükəli vəziyyət həddinə çatarsa, dayanın, irəli getməyin.

Emosional, konkret məqsədi olmayan söhbətlərə həddən ziyadə vaxt ayırmayın. Enerjinizi işə ayırın.

Fiziki işdə fayda var.

Münasibətlərdə illüziyalara və puç xəyallara qapılmayın. Əks təqdirdə peşmançılıq və təəssüf hissi qaçılmazdır. Narahat olmayın. Darmadağın olmuş illüziyaların yerində yeni maraq formalaşacaq.

Buğa - emosional fonu ağır gündür. İndiyədək təxirə salınan məsələyə diqqət yetirməli olacaqsınız. Ağrılı suala cavab vermək, seçim etmək zamanıdır.

Bezdirici münasibətlər, asılılıq və ya zərərli vərdişdən qurtulmaq vaxtıdır. Belədə sonrakı fəaliyyət üçün asudə müstəvi hissi yaranacaq. Sizə əziz olan insanlarla təmaslarda həssas olun.

Səhhətinizin qayğısına qalın. Travma riski var.

Yolda diqqətli olun.

Əkizlər - sözlərinizdə ehtiyatlı olun. Böhran formalaşmaqdadır. Situasiyanın sizin üçün arzuolunmaz istiqamətdə inkişafının qarşısını alın.

Yoxlanmamış informasiya mənbələrinə etibar etməyin. Öz axarında olan situasiyalarda sakit, təmkinli, amma sayıq davranın.

Olayların digər iştirakçılarının hövsələsiz və dözümsüz davranışlarına aldanmayın. İnsanlar və hadisələr tam aşkarlanmayınca addım atmayın. Hər şey əyan olandan sonra nəticələr çıxararaq qərar qəbul etmək olar.

Daxili yön dəyişdirmə, prinsip etibarilə yeni mövqeyə keçid və yeni məqsədin seçimi üçün əlverişli gündür.

Xərçəng - mübahisələrə qatılmayın. Qarşısı alınmayan emosiyalar sizi münaqişəyə apara bilər. İnformasiya məkanındakı gərginlik və nevroz vəziyyət pis nəticələr verə bilər.

Mənfi təsirdən özünüzü qorumasanız, ciddi problemlə üzləşməyiniz istisna deyil.

Psixikanızın müdafiə funksiyalarından yararlanın.

Əldə etdiyiniz mövqeləri və mühüm əlaqələrdəki müvazinəti qoruyun. Özünüz və sevdiyiniz insanlar üçün daha çox xoş işlər görün. Gün sizi razı salacaq.

Şir - hadisələr sürətlə inkişaf edir. Fəqət situasiyada aşkar hiss olunan xaos var. Durumu dəyərləndirin, yeni aşkarlanan olaylara ciddi fikir verərək planlarda fərqli vasitələrə əl atmaq olar.

Yaşananları diqqətlə müşahidə edin, ətrafınızdakı insanların dediklərinə qulaq asın.

Mövqeləriniz həmişəki kimi güclü deyil.

Sınaqlar və imtinalar mərhələsindən keçirsiniz. Baş verməyəcək hadisəni reallaşdırmaq üçün səy göstərməyin. İntuitiv olaraq yeni orientirlər seçin.

Qız - qorxu, qeyri-müəyyənlik, addım və qərarlarınızda təbəddülat, yaxın ətrafınızdakı insanlardan birindən kəskin narazılıq ola bilər. Kənar şərtlər və olaylar baş verənlərin mənzərəsini dəyişir. Stress istisna deyil.

Qarşılaşdığınız problemi və aldığınız xəbərləri təhlil edin. Nevroz situasiyadır, amma iki gün sonra hər şey normallaşacaq.

Cari dəyişiklikləri nəzərə alaraq bundan sonrakı fəaliyyətinizi, atacağınız addımları diqqətlə fikirləşin. Fəaliyyəti dayandırmayın, önəm verdiyiniz münasibətləri kəsməyin.

Tərəzi - emosiyalar və hisslər enerjinizin konstruktiv olmayan işlərə sərfinə səbəb ola bilər. İzafi hisslər dramatik mərhələyə keçməsin, kəskin və proqnozlaşdırılmayan münaqişələr yaratmasın. Sizə rəğbəti olan insanın müdrik məsləhətinə qulaq asın.

Özünüzü hirsləndirməyin, yaşananları dramatikləşdirməyin. Bilavasitə iştirakınızı tələb edən işlərlə məşğul olun.

Axşam saatlarında əyləncə və bu kimi istirahət istəyə bilərsiniz. Evdən çox uzaqlaşmayın.

Əqrəb - aktiv olun, təxirəsalınmaz işləri başa çatdırın. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Tam etibar etmədiyiniz insanla səmimi olmayın.

Görmək istədiyiniz iş barədə vaxtından əvvəl açıqlamalar verməyin. Prioritet və planlara yenidən baxın.

Bu gün nədənsə imtina etməli olacaqsınız. Hansısa ümid puç olacaq. Fəqət paralel olaraq sizi sevindirəcək hadisə yaşanacaq. Fəaliyyətin maliyyə yönlərinə diqqət yetirin.

Axşam saatlarında aktiv istirahəti seçin.

Oxatan - başladığınız işi və ya reallaşdırmağa çalışdığınız layihəni yarımçıq qoymayın. Maraqlarınızın ümumi olduğu insanlarla vaxt keçirmək faydalıdır.

Hadisələri öz axarına buraxmayın. Dəqiq və konkret məramlarınız, fəaliyyət prinsipləriniz olmalıdır.

Münaqişələr, emosional diskussiyalar istisna deyil. Şərik və ya tərəfdaşla ümumi tapşırıq, sifariş və ya layihəni təhlil edin.

Yaxın ətrafınızdakı insanlardan birinin inciməsi, küsməsi istisna deyil. Səhhətinizə fikir verin.

Müəyyən mövzu ilə bağlı baxışlarınızı dəyişə biləcək önəmli söhbət baş tuta bilər.

Oğlaq - çətin gündür. Planlar dəyişəcək, planlar və işlərdə qəfil dəyişikliklər olacaq. Yaşananları süni şəkildə mürəkkəbləşdirməyə çalışmayın. Qərarların qəbul olunması zamanı astagəllik etməyin, çevik tərpənin.

Yeni ideyalar arasında maraqlı olanı var. Evdə məişət texnikasının işində fasilələr və ya problemlər yarana bilər.

Evi nəzarətsiz qoymayın. Xüsusi ehtiyac olmadan heç bir təmir işi aparmayın.

Köhnə hisslər, sınıq və yararsız avadanlıq, etibarınızı itirmiş insanla əlaqələrdən qurtulun.

Gərginlikdən qurtulmağın yollarını tapın.

Axşam saatlarında istirahət edin.

Dolça - yaşamın öz qaydalarını diqtə etdiyi sahədə və müstəvidə təzyiqlərə əl atmayın. Əsas planı həyata keçirmək, ideyanı gerçəkləşdirmək üçün bəzi məsələlərdə güzəştə getmək olar. Kənardan alınan rəğbət impulsları əhvalınızı yaxşılaşdıra bilər.

Ev işlərinin həcmini azaldın. Görüş və ünsiyyətlərdə aktiv olun. Proses əsnasında planların dəyişməsi istisna deyil.

Qətiyyətli olsanız, pozitiv nəticəyə nail olacaqsınız. Cəlb olunduğunuz situasiyaların sərfəli yönlərindən istifadə etməyə çalışın. Bəzi məqamlar sürətlə yenilənməyə başlayıb.

Yaradıcılıq, şəxsi münasibətlərdə aktivlik, səhvlərin aradan qaldırılması üçün əlverişli vaxtdır.

Balıqlar - yaşamınızda taleyüklü dəyişikliklər başlanır. Görüşlər və vidalaşmalar həyatınızın yenilikliklərini artırır.

Sizə yada çevrilən insanla sağollaşmaq vaxtı çatıbsa, onu saxlamayın.

Hiss və emosiyalarınıza hakim olun.

Pozitiv dəyişikliklər ərəfəsindəsiniz. Planlar qurun, ideyaları nəzərdən keçirin, faydalı əlaqələrin çevrəsini artırın. Bütün bunlar karınıza gələ bilər.

Lakin həddən ziyadə səmimi olmayın, etiraflara qapılmayın. Yaxın ətrafınızdakı insanların sizin mövqeyinizi qəbul etməsinə nail olmağı arzulamayın.

Şəraitlər sizə xas olmayan addım atmağa vadar edə bilər.

Milli.Az

loading...

Şərh yaz:

44 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 May 00:0220

    Bu gün 28 may Respublika günüdür Bayraminiz mübarek olsun Canlarim !

    Cavab yaz
    • Anonim
      Esmer · 28 May 09:0000

      Amin Amin Səninlə Bahəm Esracan ))))

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 28 May 09:1210

        Esmərim canim cox saq ol var olll

        Cavab yaz
    • Anonim
      Nurlana · 28 May 09:0300

      Cox sagol bahem

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 28 May 09:1310

        Cann Nurlana saq ol var ol !

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 May 00:0220

    Status-Ümüd adami öldürmür , süründürür !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 May 00:0430

    Status oqlanlar ücün -Qadının güvendiyi dağ olacaqsan , Atasinin sene verdiyi ellerinden tutacaqsan , Anasi qeder merhemetli olacaksan , qardasi olub corəyini böleceksen Qısacası ve konkret qadinin VƏTƏNİ olacaqsan ! Allah da senin için Cennetin qapilarin acacak !

    Cavab yaz
    • Anonim
      Nurlana · 28 May 09:0300

      Likeee

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 28 May 09:1320

        Cannnn

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 May 00:0620

    Gülmece -Bir delixanada bir gün deliler toy edir biri bey biri gelin dusurler ortaliqa Yalniz bir deli oturu sakitce stulda qarsisinda defter nese yazir Hekimler görur biri sakit oturub Ele bilirler aqillanib da xeber verirler bas hekim gelir deliden sorusur ki , bes bunlar toy edir sen niye burda oturmusan ? Deli deyir : Men de pul yazanam da aaaa ha ha ha )))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 May 00:0820

    Status-Başı xarabdan qorxmayin , qanı xarabdan qorxun !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 May 00:0920

    Status-Qoluna taxacak insan coxdur , Amma ömrünə qatacak insan yoxdur.

    Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 28 May 07:3610

      LIKE

      Cavab yaz
      • Anonim
        Esmer · 28 May 09:0000

        LİKEEEEE

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 28 May 09:1300

          Cannnnnnn

          Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 May 00:1520

    Vəəə, Yuxunuz şirin olsun Bal Məstan Esra olsun şipşirin olsunn Geceniz deee xeyre qalsin daaaaa

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 May 00:1520

    Moder cannn senin yuxun Limonnn olsun daaaaaa ya daaa Alçaaa ))

    Cavab yaz
    • Anonim
      Esmer · 28 May 09:0001

      ))))))))))

      Cavab yaz
    • Anonim
      Nurlana · 28 May 09:0401

      Niye alca olsun?:)) ciyelek olsun:)))

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 28 May 09:1420

        Yoxxx daaaaa turşş olsunnn :)))

        Cavab yaz
  • Anonim
    Nurlana · 28 May 09:0500

    Sabahin xeyir Esmer can necesen?

    Cavab yaz
    • Anonim
      Esmer · 28 May 10:4800

      Can Aqaa necesen hardasan Üreyim

      Cavab yaz
      • Anonim
        Nurlana · 28 May 11:1700

        Caan yaxciyam aqaa:) sen necesen? Burdan hemishelik cixmaq istedim,ama bacarmadim:)))

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 28 May 11:2110

          Hecc vaxt bacarmayacaksan ona gore deməəə .Men ona gore and icmirem ve vidaaa etmirem cun ki vidaaa etsemm ve and icsemm hec vaxt girmeyecemmm Maqnit kimi cekir Allaha and olsunnn doqmalarsiniz meneeee gormemisemmm haaa amma fikirlesiremmmm gedirem mamamgileee otura bilmirem fikrim aqlimm burdadiii ..

          Cavab yaz
          • Anonim
            Nurlana · 28 May 12:2800

            He mende deyirem yazmiyacam bu axrincidi,2 3 gun doze bilmirem. Bura yazmayandada fikrim burda olur:))

            Cavab yaz
        • Anonim
          Esmer · 28 May 11:2200

          Delisen ay qız .öldürərəm səni (( olmaz ele .aqaa baxdın frağmana 24 saat maraqlı olacaq deyesen ))))

          Cavab yaz
          • Anonim
            Nurlana · 28 May 12:2600

            Heri deliyem:)))) he baxdim super olacaq aqaa

            Cavab yaz
  • Anonim
    Nurlana · 28 May 09:0900

    Salam sabahiniz xeyir yerli,Shemkirli balasi necesiz? Dunen yazmisiz uzrlu sayin indi gormushem sherhinizi.

    Cavab yaz
    • Anonim
      Şemkirli · 28 May 09:2900

      Salam Nurlana xanim Necesiz siz Allah bagislasin siz meni bagislayin ki kohne serhlernizi gormemisem

      Cavab yaz
      • Anonim
        Nurlana · 28 May 09:4300

        Salam cox sagol yaxciyam,siz necesiz? Istirahet nece gedir? Tut yediniz?:) Allah bagishlasin

        Cavab yaz
        • Anonim
          Esmer · 28 May 10:5800

          Yeyib yeyib ay Nuruş bizə acıq vere vere )))) zarafar Nuş olsun

          Cavab yaz
        • Anonim
          Şemkirli · 28 May 12:1700

          Sagolun Nurlana xanim cox sagolun,isdirahet he yaxsidi sukur,tutdan doydum harda tut gorurem yeyirem semkirde de tut agacindan cox ne var ki,her tut gorende Esmer xanim yadma dusur Daglar qizina qismet olmadi tut

          Cavab yaz
          • Anonim
            Nurlana · 28 May 12:2500

            Nush olsun yerlim. He Esmer tut deye deye qalib:))

            Cavab yaz
  • Anonim
    Şemkirli · 28 May 09:3600

    Salam sabahıniz xeyir Daglar qizi necesiz,,men bir iki seyler yazdim duneki qroskopda moderator vermedi niye bilmedim

    Cavab yaz
    • Anonim
      Esmer · 28 May 10:5700

      Sizin Nikinzde orda cox adam var .yəni burdakı nikinizdə ...

      Cavab yaz
      • Anonim
        Esmer · 28 May 11:0700

        Salam Necsiz Şemkirli balası neyse birinci şerhmi vermedilər )))

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 28 May 11:2320

    Nurlana Naneye baxmirsan Konul Kerimova bir sssuperrrr mahniii oxuyurrr əladiiiiii lirikaaaaaa superrrrr qesenggg mahnidiiiii

    Cavab yaz
    • Anonim
      Nurlana · 28 May 12:2220

      Yox baxa bilmedim

      Cavab yaz
  • Anonim
    Şemkirli · 28 May 21:5900

    Bu şərhləri niyə vermirsiz

    Cavab yaz
  • Anonim
    Şemkirli · 28 May 21:5900

    Birdefelik yazmayaq bura he

    Cavab yaz
    • Anonim
      Esmer · 28 May 23:0410

      Esebleşmeye deymez onsuz vermyecekler .Amma bur adam Dursun senin haqqında nese desin həmin an paylaşacaqlar ...menim şerhimide vermediler...

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.