Cəmiyyət

Günün qoroskopu: Daxili harmoniyaya nail olun

23 May 2019 00:01
28 Şərh     Baxış: 11 171

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - əlavə işlər görməyin. Gün xoşagəlməz sürprizlər vəd edir. Həddən artıq diqqətli, sərvaxt olun. Ev işlərini qulaqardına vurmayın.

Alış-verişdə çox pul xərcləməyin.

Günün ikinci yarısında mübahisəyə qatılmayın. Əsəbisiniz. Emosional davranışınız işləri korlaya bilər.

Yad təsirdən qorunun, məramlarınızdan əl çəkməyin.

Yaxşı tanımadığınız insanla sirr bölüşməyin.

Axşam saatları ciddi məsələlərin müzakirəsi üçün əlverişli deyil.

Buğa - şanslar və imkanların bol olduğu gündür. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Maneələr və sədlər sizi sapdırmamalıdır. Hadisələrin yeni mərhələsi formalaşır. Yeni planlar qurun.

Günün ikinci yarısında aktiv fəaliyyət göstərin. Görəcəyiniz işləri dəqiqləşdirin. Problemin çözümünə ailə üzvlərini də cəlb etmək olar.

Yaradacılıqla məşğul olmaq da mümkündür.

Axşam saatlarında normal istirahət etməyə can atın. Özünüzü rahat hiss etdiyiniz yeri seçin.

Əkizlər - praktik olun, situasiyanı qiymətləndirin. Məqsədə doğru əzmlə hərəkət edin. Maraqsız və mənasız işlərə vaxt sərf etməyin.

Fəaliyyət sizdən qarşılıqlı anlaşma və yaxşı reaksiya tələb edir. Yeniliklərlə bağlı tələsik fikir yürütməyin. Fərqli ritm olmalıdır. Əməkdaşlığın şərtlərini təhlil edin.

Günün ikinci yarısında dominion mövqe tutmağa can atırsınızsa, ətrafınızdakı insanların istəklərini qulaqardına vurmayın. Bəzi hadisələri təxminləyə bilsəniz, vəziyyətə təsir rıçaqlarına yiyələnəcəksiniz.

Hədəfə çatmağın daha asan, sərfəli yollarını tapın.

Şəxsi münasibətlərdə təşəbbüsü ələ alın.

Xərçəng - dostların və tanışların təkliflərindən istifadə edin. Yeni tanışlıq, faydalı mübadilə üçün əlverişli zamandır.

Kənardan təsirlər azdır. Maraqlandığınız işlə məşğul ola bilərsiniz. Formalaşan situasiyanın tələblərini nəzərə alaraq fəaliyyətinizdə bəlli korrektələr edin.

Təcili olmayan məqamların həllini ertələyə bilərsiniz.

Günün ikinci yarısında yazışma informativ olacaq. Müzakirələri gərəkli saydığınız məcraya yönəldin. Bundan sonrakı prioritetləri müəyyənləşdirin.

Axşam saatları romantik anlar vəd edir.

Şir - mühüm işlərdən birində ləngimələr və təxirəsalmalar yarana bilər. Problemlərin sayı artacaq. Maneələrin dəf olunması vaxt və qüvvə tələb edir. Kobud səhvlərə yol verməyin. Başqasının yanlışlığını bağışlamağı bacarın.

Günün ikinci yarısında irəliyə doğru hərəkətdə fərqli istiqamət seçə bilərsiniz. Kənar təsir altına düşməyin. Prosesi qismən də olsa, nəzarətdə saxlmağa çalışın. Fəaliyyətinizin keyfiyyətini, səmərəsini artırın.

Axşam saatlarında gərginlikdən qurtulun. Pozitiv olun. Stressin quluna çevrilməyin.

Qız - əsas məsələni diqqətdə saxlamaqla yanaşı, təfərrüatlara və xırdalıqlara da fikir verin. Səmimi, qayğıkeş olun. İntriqalardan uzaq durun. İşdə rəhbərliyin tapşırığını vaxtında yerinə yetirin. Emosiyalara uymayın. Əks halda sonradan sizi pərişan edəcək hadisə baş verə bilər.

Günün ikinci yarısında müxtəlif məlumatlar alacaqsınız. Hiperaktivlik etməyin, ünsiyyəti mübahisələrlə "zənginləşdirməyin".

Fəaliyyətinizi dürüst planlaşdırın. Sövdələşmə və yeni layihələr üçün münasib zaman deyil. Məşğul olduğunuz işi tamamlayın.

Şəxsi münasibətlərdə sərinlik yarana bilər. Səbrli olun.

Tərəzi - çoxdan bəri reallaşdırmaq istədiyiniz işə başlamaq üçün əlverişli vaxtdır. Tələskənliyə yol verməyin, aramla çalışın. Yarımçıq işlər qoymayın.

Yaxın ətrafınızdakı insanlarla bağlı narazılıq yarana bilər. Fəqət, gərginlik yaratmayın, münaqişə səbəbkarına çevrilməyin. Proseslərə kənar müdaxilə yolverilməzdir.

Günün ikinci yarısında bəzi əlaqələri bərpa etmək mümkündür. Bəzi məsələlər nəzərdə tutduğunuzdan artıq vaxt və zəhmət tələb edəcək. Şəraitin diqtə etdiyi seçim imkanları məhduddur. Axşam saatlarında maraqlı təklif ala bilərsiniz.

Əqrəb - eqoist olmayın, təşəxxüslü və xudbin insan təsiri bağışlamayın. Tərəfdaşınızın maraqlarını nəzərə alın. Ehtiyatları artırın, fəaliyyət arealını nizama salın. Stabilliyə ehtiyacınız var.

Böyük xərclər tələb edən zamandır. Maliyyə vəsaitinizi nəzarətdə saxlayın. Yalnız, gerçəkdən də, ehtiyac duyduğunuz əşyalar alın.

Günün ikinci yarısında planlar dəyişəcək. Sizə dəyər verən insanların yardımları ilə problemi həll edə bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla manipulyasiya etməyin. Bütün fikrinizi işə yönəldin, nəticə əldə etməyə çalışın.

Axşam saatlarında aktiv istirahəti seçin.

Oxatan - təmaslarda və müzakirələrdə mövqelərinizdən geri çəkilməyin. Vədlərə əməl edin, anlaşmaların şərtlərini pozmayın. Yeni layihəyə tələsmədən başlayın.

Yalnız etibar etdiyiniz tərəfdaşla, sınanmış insanlarla işləyin. Böyük maliyyə xərcləri tələb edən innovasiyaları təxirə salmaq olar. Sənədləşdirmədə gecikmələr olacaq. Sorğu və ya məktublar cavabsız qala bilər.

Günün ikinci yarısında potensialınız və qüvvələriniz dürüst hesablanmazsa, ifrat yorğunluq istisna deyil. Diqqət mərkəzində olmağa can atmayın.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oğlaq - problemlərin mahiyyətini və yaranma səbəblərini araşdırın. Ünsiyyət çevrənizi genişləndirin. Yeni tərəfdaşlara ehtiyacınız var.

Mənasız söhbətlərə qatılmayın. Dedi-qoduların daşıyıcısına sevrilməyin.

Parlaq yeniliklər və maraqlı olaylar gözləyirsinizsə, zənninizdə aldana bilərsiniz. Daxili rahatlığı dəyərləndirin. Gələn xəbərləri təhlil edin.

Riskə aludə olmayın, avantüralara qatılmayın.

Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Həmkarlar və ya tərəfdaşların tənqidlərinə aqressiv reaksiya verməyin.

Axşam saatlarında evdə faydalı işlə məşğul olun. İntellektual işlərlə yanaşı, fiziki təmrinləri də unutmayın.

Dolça - günün ilk yarısında planlarda dəyişiklikər labüddür. Yaxınlarınızdan birinin təcili yardıma, köməyə ehtiyacı var. Çətin vəziyyətə düşən insana laqeyd qalmayın. Görüləsi işlərin sayı artacaq. Narahat olmayın, ağır problemlərin öhdəsindən gələ bilərsiniz.

Günün ikinci yarısında şəxsi münasibətlərdə emosiyaların əsiri olmayın. İnadkarlıq etməyin, qarşı tərəfi anlamağa çalışın. Sözlərinizə diqqət verin.

Yaşam arealında qayda yaradılması sizə estetik həzz verə bilər. Daxili harmoniyaya nail olun.

Balıqlar - yaşam arealınızda yeniliklərə başlamaq olar. Bəzi məqamlarla və əlaqələrlə vidalaşmalı olacaqsınız. Qətiyyətli olun, iradəli davranın. Təmir, dəyişikliklər, yenilənmələr üçün pis gün deyil.

Günün ikinci yarısında qüvvənizi və enerjinizi ünvanlaya biləcəyiniz istiqamətləri dəqiqləşdirin. Yarımçıq işləri başa vurun. Fəaliyyətdən maksimal gəlir əldə etməyə çalışın. Yaxın ətrafınızdakı insanlar sizi dilə tutur, nəyəsə vadar etməyə can atırlarsa, "yox" deməyi bacarın.

Planlarınızda olmayan məsələlərə çoxlu vaxt və səylər ayırmayın. Münaqişəli situasiyalarda təmkinli davranın, səbrli olun.

Karyeranızda yeni perspektivlər var. Amma hələlik hər şey danışıqlar və müzakirələr səviyyəsindədir.

Milli.Az

loading...

Şərh yaz:

28 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 23 May 00:0222

    Sabahiniz uqurla acilsin Canlarim

    Cavab yaz
    • Anonim
      Esmer · 23 May 08:2701

      Sənınlə bahəm Esracan ...

      Cavab yaz
      • Anonim
        Nurlana · 23 May 09:3201

        Salam Esmer can,ve Esra can necesiz qizlar?

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 23 May 09:4801

          Cannn Nurlanam men yaxsiyam canim sen necesen ?

          Cavab yaz
          • Anonim
            Nurlana · 23 May 10:0401

            Yaxci olasan canim,Men belede

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 23 May 10:1501

              Canim sende yaxsi olasan niyeee beledeeee hmm?

            • Anonim
              Nurlana · 23 May 10:1910

              Imkan verseler yaxci olaram. Ne bilim esebleshdirirlerde

          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 23 May 10:2600

            Bildim ureyim bildim Burdakilara o qeder de onem verme esas gerceklikde realda rahatliqimizi pozmasinlar

            Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 23 May 09:4901

          Esmərim sen necesen ?

          Cavab yaz
          • Anonim
            Esmer · 23 May 09:5901

            Hər zaman yaxşı olasan Canım Esra mendə yaxşıyam Şükür Allaha ...

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 23 May 10:1501

              Cann Esmərim her zeman yaxsi olasan

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 23 May 00:0222

    Geceniz de xeyre qalsin yuxunuz bal Esra olsun Canlarımmm Məstanlar kimi şipşirinnn yuxunuz olsun canlarım

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 23 May 00:0611

    Bəlkə bie Status yazim-İncitmək və incimək istemirsense Sus ! Bezen en gözel vereceyiniz cevab Susmakdı !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 23 May 00:0711

    Status-Deyirler kisiler heyati tez , qadinlar gec basa dusur Ona gore de bir -birlerini hec vaxt basa dusmurler

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 23 May 00:0811

    Status-Öz gülüşün bu qeder gözel idise, bes menim gülüşümü niye özünle apardin həəəəə?))

    Cavab yaz
    • Anonim
      Esmer · 23 May 08:2801

      Likeeeeee..

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 23 May 09:5901

        Cannn Esmərimmm

        Cavab yaz
  • Anonim
    Nurlana · 23 May 09:3421

    Qizlar Deyirem ki gerek insan iki uzlu olsun,onda belke adamin bexti oldu:((((. Atalar sozu vare, Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır(((((. Ister real olsun,isterde virtual

    Cavab yaz
    • Anonim
      Esmer · 23 May 09:5721

      Can ay Nurkam .Bajın ölsun .hec neye fikir verme .ele mende nese yazacaqdım .daha dogrusu yazdım .Hörmətli Milli az .şerhimi vermedi .qız sen hec neye fikir verme .ay gözəl qız .yaltaq her yerde ..yaltaqdı .Sen ele oz Saflıqını davam etdir .))saf olmaqala sen hec vaxt Şerefsiz olmazsan ..kimin əlindən nə gəlir onu edir .....sadəcə )))))) və kec ))))))

      Cavab yaz
      • Anonim
        Nurlana · 23 May 10:1121

        Allah elemesin ureyim seni istemeyenler olsun. Cox safam coox,Oz xasiyetimnen hec xoshum gelmirde,ne qeder soyuq qanli olsamda yene ureyim dozmur(((((. Duzdu yaltaq her yerde yaltaqdi:((.

        Cavab yaz
        • Anonim
          Esmer · 23 May 10:2210

          Vallah inan ki məndə ele senin kimiyəm .Amma bele olmaqım daha yaxşdı .her kesi özüm kimi bilirəm .amma Allahıma cox şükürlər olsun ki . Menim başqaları kimi nece nece üzüm yoxdu ..yaxşı olar hər şey Gözəlim .İnşallah ...

          Cavab yaz
          • Anonim
            Nurlana · 23 May 10:3210

            InshAllah canim. Mende inshAllah sentyabrdan buralarda olmayacam,istemirem kiminlese dava dalasha eleyim,qargish elesinler mene. Ona gorede yola verecem,sen demishken gulub kececem:))))) qoy ne danishirlar danishsinlar vecimede deyil.

            Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 23 May 10:5710

    Canlarim men helelik cixiramm gediremm Mmmmaaaaammmammm gileeeee bir azdandannn gelecemmmmm eeeeeeeeeeee seq olun selametlerleee qalinnnn

    Cavab yaz
    • Anonim
      Esmer · 23 May 11:0110

      Yaxşı yol .Mamana coxlu salamlar ....

      Cavab yaz
    • Anonim
      Esmer · 23 May 11:0310

      Aaa Nurka sen niye olmyacan canım .yoxsa .Toy olacaq ))) yeqin ki məndə bu yaxınlarad olmyacam canım məndə cıxacam day .amma deqiq bılmırem 1 ay cekecek 10 gun cekecey .cıxram burdan ....

      Cavab yaz
    • Anonim
      Esmer · 23 May 11:0410

      Belede ki kiminse nese demesi mənım ücün .inan ki önəmlı deyil ...esas mənım özüməm )))

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 23 May 11:4030

        Canlarim geldim bir azdan yene gedecemm sizi öldyeyerm burdan cixsanizzzz Bu neee yazilardii heee indiii gordummm Nurlanaaa besdi deeee incitmeee deee menii Esmer senide hemcinin haaaaa

        Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 23 May 11:4130

        Burdan 1-ci men cixacam sonra sizzz mendekii hele bir 20-30 il cixmak fikrim yoxduuu ha ha ha )))

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.