Cəmiyyət

Günün qoroskopu:Mövqeləriniz möhkəm deyil

11 May 2019 00:01
60 Şərh     Baxış: 9 518

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Gün bütün mənalarda əlverişlidir. Əsas məsələ yenilik və qeyri-ənənəvilikdən qorxmamaqdır. Bütün kəşflər yaxşı, bütün eksperimentlər uğurlu, bütün ideyalar heyranlığa layiqdir. Diqqət mərkəzində olsanız da, uğurlarınız həsəd yaratmayacaq. Hamı başa düşəcək ki, həm qələbəyə, həm də mükafata layiqsiniz.

Sevgililər üçün əla gündür. Onlar vaxtlarını birlikdə keçirə və bir-birilərinə ən məhrəm şeylərdən danışa bilərlər. Sevgi etirafı üçün ideal gündür. Bu gün etiraflar razılıqla qarşılanacaq.

Buğa - Ötən günlə müqayisədə bu gün daha uğurlu olacaq. Əlverişli şərait yaranacaq, hətta, kimsə mane olmağa çalışsa belə, uğura asanlıqla nail olacaqsınız. Ətrafdakılara təsiriniz güclənəcək, yeni müttəfiqlər, həmfikirlər və pərəstişkarlar yaranacaq. İşlə bağlı köhnə münaqişələrin yoluna qoyulması mümkündür. Vəzifə artımı da istisna deyil.

Əgər yaxınlarınıza qarşı səbr və yumşaqlıq göstərsəniz, şəxsi həyatınızda problemlər olmayacaq. Sadəcə olaraq, "milçəkdən fil düzəltməyin". Əgər bunsuz mümkün deyilsə, onda heç olmasa, "bala fil"lə kifayətlənin.

Əkizlər - Maliyyə baxımından çox uğurlu gündür. Təkcə gəlirlərinizi artırma və faydalı sövdələşmələr əldə etmək yox, həm də çox şey vəd edən uzunmüddətli investisiyalar yatırmaq şansınız var. Riskə getmək olar: peşəkarlıq intuisiyanız sizi yanıltmayacaq. Daha maraqlı və yüksək maaşlı işə keçə bilərsiniz.

Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilmir. Sevinc və kədər o qədər əhəmiyyətsiz olacaq ki, onlara çətin diqqət yetirəsiniz. Valideynləriniz sizin davranışlarınızdan narazı qala bilərlər. Amma onlar öz fikirlərini sərt formada ifadə etməyəcəklər.

Xərçəng - Kifayət qədər çətin gündür. Mənfi tendensiyaların təsirlərinin öhdəsindən gəlmək üçün bütün gücünüzü səfərbər etmək lazım gələcək. Başqalarının səhvlərinə görə məsuliyyəti öz üzərinizə götürməyə, layiq olmadığınız qınaqlara qulaq asmağa hazır olun.

Öz qayğınıza qalın və bunu eqoizm ifadəsi hesab etməyin. Sizə müsbət emosiyalar çox lazımdır. Paltar və ayaqqabı almaq olar. Lakin zərgərlik məhsullarına pul xərcləməyə dəyməz - tezliklə onu sizə hədiyyə edəcəklər.

Şir - İşdə ciddi problemlər yarana bilər. Sizin mövqeləriniz möhkəm deyil və istənilən bədxahınızın ciddi zərbəsi ilə üzləşməyiniz mümkündür. Hətta ən sadə işlərdə səhvlərə yol verirsiniz və sonra onlara görə cavab verməli olursunuz. Səhvlərinizin diqqətdən yayınacağına bel bağlamayın.

Şəxsi həyatda dəyişikliklər həvəsi sizi düşünülməmiş hərəkətlərə doğru sürükləyir. Məhz bu səbəbdən yeni münasibətlərə başlayır və onların etibarsızlığından şübhələnmirsiniz. Əgər mənfi tendensiyaların təsirindən ziyan çəkmək istəmirsinizsə, hər addımınızı ölçüb-biçin, az da olsa riskli görünən istənilən işdən imtina edin.

Qız - Çox məhsuldar və iş uğurları vəd edən gündür. Gündəlik işlərin öhdəsindən çox gözəl gələcəksiniz və həlli yaradıcı yanaşma tələb edən məsələlərdə özünüzü yaxşı tərəfdən göstərəcəksiniz. Bu bürcün rəhbər nümayəndələri öz işçilərinə etibar edə bilərlər: onların səliqəsinə, səyinə və icraçılığına şübhə etməyə dəyməz.

Şəxsi həyatda yaxşılığa doğru əhəmiyyətli dəyişikliklər baş verəcək. Həm kəsilmiş münasibətlərin bərpası, həm mövcud münasibətlərin möhkəmlənməsi, həm də yeni münasibətlərin qurulması üçün əlverişli gündür. Hər şey yalnız sizin istəyinizdən asılıdır.

Tərəzi - Seçdiyiniz istiqamətdə hərəkəti davam etdirin, mövqelərinizi möhkəmləndirin. Yolunuzda çətinliklər yaranarsa, təslim olmayın. Bu gün nümayiş etdirdiyiniz inadkarlığa görə ulduzlar yaxın vaxtlarda sizi mükafatlandıracaqlar. Tezliklə qarşınızda yeni qapılar açacaq əməkdaşlığın başlanması mümkündür.

Şəxsi həyatınızı köklü şəkildə dəyişdirməyə tələsməyin. Hətta hazırkı vəziyyət sizi qane etməsə belə, ehtiyatla, zərgər dəqiqliyi ilə hərəkət etmək lazımdır. Həddən artıq səy göstərməklə, boş bir problemi fəlakət həddinə qədər böyüdə bilərsiniz.

Əqrəb - Diqqətinizi böyük səylər hesabına əldə etdiklərinizi itirməməyə yönəldin. Təəssüf ki, bu gün belə təhlükə var. Uzud müddətdir ciddi-cəhdlə hörmətini qazandığınız müttəfiqləriniz sizi pis vəziyyətdə qoya bilərlər.

Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişiklik mümkündür. Sağlam düşüncə nümayiş etdirin, riskli və təhlükəli addımlardan uzaq olun. Əqrəb valideynlər bu gün övladlarına qarşı xüsusilə diqqətli olmalıdırlar. Çünki onlara istənilən an kömək lazım ola bilər.

Oxatan - İşdə çox ehtiyatlı və diqqətli olun! Müəyyən təhlükə mövcuddur. Lakin təhlükənin haradan gəldiyini müəyyən etmək asan deyil. İndi siz bədxahlarınızı müttəfiqlərinizdən ayıra bilməyəcəksiniz. Çünki onların hər ikisi özünü qəribə aparır. Sadəcə olaraq, baş verənləri müşahidə edin və tezliklə düzgün nəticə çıxara biləcəksiniz.

Emosional diskomfort hiss edirsiniz. Bundan xilas olmaq üçün dostların, imkan olsa, əks cinsin nümayəndələrinin əhatəsində olmağa çalışın. Flirtlə məşğul olmaq olar. Lakin ciddi romantik münasibətlərin başlayacağına ümid etməyə dəyməz.

Oğlaq - Çox və inadla işləyirsiniz. Bu, sizin peşəkarlıq gələcəyinizə təsir imkanları olan adamların diqqətindən yayınmır. Bu gün özünüzə müttəfiqlər seçə bilərsiniz. Müttəfiqlik üçün daha enerjili, nüfuzlu, həm özünün, həm də sizin qayğınıza qala biləcək şəxslərə üstünlük verin.

Tezliklə şəxsi həyatınızda yaxşılığa doğru əhəmiyyətli dəyişikliklər baş verəcək. Lakin hələlik hadisələri tələsdirməyə ehtiyac yoxdur. Unutmayın ki, bu gün qəbul edilən qərarların nəticəsi olacaq. Bu nəticələrin pis və yaxşı olması sizdən asılıdır.

Dolça - Bədxahların hücumlarından qorunmaq üçün zəhmət çəkməli olacaqsınız. Mövqeləriniz möhkəm deyil. Ona görə də ayıq-sayıq olmasanız, çox şey itirə bilərsiniz. Yaradıcılıq potensialı yüksək deyil. Bu gün öz fikirlərinizi həyata keçirməyə cəhd etməkdənsə, başqalarının ideyalarından yararlanmaq məsləhətdir.

Yaxınlarınız tərəfindən pislənəcək və tənqid olunacaq hərəkətlərdən uzaq olun. Düşünməyin ki, hansısa pis əməllərinizi gizli saxlaya bilərsiniz. Bu gün gizli olan şeylərin üstü mütləq, özü də dərhal açılacaq. Vaxtilə çox ciddi, eyni zamanda iztirablı əlaqələrinizin olduğu adamla görüşünüz mümkündür. Romanı oyatmağa çalışmayın: ikinci cəhd birincidən yaxşı olmayacaq.

Balıqlar - Ambisiyalı və işgüzar Balıqlar peşəkar qələbələrə və vəzifə artımına ümid edə bilərlər. Bu məsələdə çoxsaylı faydalı tanışlıqlarınız da köməyə çatacaq. Kömək və hamilik üçün sizə yaltaqlananlar olacaq. Hiyləgərlərin tələsinə düşməməyə çalışın.

Valideynləriniz və ya başqa yaşlı qohumlarınızla bağlı xəbərlərə sevinəcəksiniz. Ailə işləri ilə təkbaşına məşğul olmalı olmayacaqsınız. Bu məsələdə yaxınlarınız sizə dəstək verəcəklər.
 

Milli.Az

loading...

Şərh yaz:

60 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 May 00:0230

    İstirahet günleriniz uqurlu ve maraqli olsun Canlarım..

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 May 00:0230

    Status-Hammi basqasin deyisdirmeye calisir Amma kimse özün deyisdirmeyi fikirlesmir.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 May 00:0430

    Status-3 qonaq vaxtsiz geler 1)Ruzi 2 )Qismet 3 )Əcəl.. Allahim ruzimizi bol ve halal et ,qismetimizi gözel et ,Ecelimizi asan ve imanli et !

    Cavab yaz
  • Anonim
    Esmer · 11 May 00:0430

    Salam olsun her kese ..

    Cavab yaz
    • Anonim
      Şemkirli · 11 May 08:4320

      Esmer xanim Sizlere Salam necesiz daglar qizi Semkire mohkem yagis yagib sizlerde necedi havalar

      Cavab yaz
      • Anonim
        Esmer · 11 May 09:3800

        Salam Şemkirli Balası Dağlar qızı .yaxşıdı. cox sağ olun siz necesiz ? Burda hava kulekli .amma yağmır .bura .şemkirə onsuz .her il meyveler yetişən vaxtı .yağıb zay edir .hamsını ....

        Cavab yaz
        • Anonim
          Şemkirli · 11 May 10:0000

          Hə Daglar qizi masAllah melumatlisiz her seyden bu il qar yagmayib qisda Semkire yeqin onun evezine yagis yagir,,biz indi neyneyek ki tut tez deysin siz gelesiz Ata ocagna

          Cavab yaz
          • Anonim
            Esmer · 11 May 10:1100

            He bes ne Şemkiri Sevdiyim qeder de Melumatlı olmalıyam ))) inşallah tut yetişende gederem . Siz .Saba inşallah gəlın . Şemkirde hansı terefde olursuz .? Mama gil Şemkirde qalır he ?

            Cavab yaz
            • Anonim
              Şemkirli · 11 May 10:2400

              Hər şəmkirdə oluruq dedim axı şəmkirin qərbində zeyem duyerli oralarda

            • Anonim
              Esmer · 11 May 10:3000

              He lap yaxşı esas odu .tut yemesezde .Ananızı göreceksi .o her şeye deyer.ele deyilmi ....

          • Anonim
            Esmee · 11 May 10:1500

            Her defe Xala oğlu ile danısanda .mene mahnı oxuyur ))Tut yetişende gel bize ))) ?

            Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 May 00:0540

    Status-Arxamda olan kecmisdeki körpüleri yandirdim ki , ireli getmekden basqa carem qalmasin , arxaya baxa bilmeyim

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 May 00:0530

    Status-Tutulacaq arzularim yoxdusa axan ulduzlardan mene nəəə?((

    Cavab yaz
  • Anonim
    Esmer · 11 May 00:0610

    Esram tortu neynedin bize de saxlayardın da ))) Nurka bu gun axsama tort isteyib )))

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 May 10:1320

      Ahaaaaa, tortu Ebruyla yedikkk size saxlamadik eeee ha ha ha ))qiybetimii qirmisiniz haaaaa)))Hele gelsin o Nurka.. Meni aq yudunuz qap qara serdiniz eeeee saclarimdan da şpilka vurmusunuz )))) Küsmüsemm küsmüşemmmm ))

      Cavab yaz
      • Anonim
        Esmer · 11 May 10:2100

        ))))can can yox küse bilmezsen bizden )))Nurkadı da tort tort deye deye qaldı ))) indi de küsüb gelmir görsen .Ebruş hansı ara yedi tortu .mende deyrem bu qız hara yoxa cıxdı biren )))

        Cavab yaz
        • Anonim
          Nurlana · 11 May 10:3601

          Can Esram kusme mennen ay ceyranim:)) Ebrududa deyir gelib pishik kimi miya miya eliyecek:))))))))

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 11 May 12:2610

            Canlarim menim hec kuserem sizden ureklerimmm.Ebru səpib qipqirmizi tortun sirinliyi tesir edibbb Gedek deyek Ebruyaaa )))

            Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 May 00:0720

    Vəəəəəə.........Geceniz xeyre qalsin yuxunuz bal Esra olsun şipşirin olsun Gözel olsunnn

    Cavab yaz
  • Anonim
    Zəhra · 11 May 07:2710

    Salam. Sabahınız xeyir. Şəmkirli, Nurlana, Əsmər, Harlnpaşa , Esram. və digərləri. Necəsiz ?

    Cavab yaz
    • Anonim
      Şemkirli · 11 May 08:4510

      Salam Deyeli dost mehriban insan Zehra xanim necesiz isler necedi,daha pis hadiseleri ozuvuze derd etmirsiz ki yaxsidi her sey

      Cavab yaz
      • Anonim
        Zəhra · 11 May 09:1800

        Aleykum salam Şəmkirli qardaşım. Çox sağol. Hər şey qaydasındadır! Görürəmki xasiyyətim yadınızdan çıxmayıb. Bəzən olur dərd edirəm.₼)). Amma əvvəlki kimi deyiləm. Biraz nikbinləşmə gedir:)))). Görüm sonu necə olacaq. Siz axı adınızı demədiz;(((. Mənə maraqlıdır biraz :)). Siz nələr edirsiz? Ev- iş ,iş- ev qaydasında həyata davam edirsiz. Dünən oxudum yaxın günlərdə Vətənə gəlirsiz deyəsən! Allah yolunuzu açıq etsin. Sağ- salamat gəlin Vətənə

        Cavab yaz
        • Anonim
          Şemkirli · 11 May 09:3900

          Hə çox sagolun Zəhra xanim yaxsidi her sey he sabah ucacam ora genceye yani gorek insAllah nece olur da,burada heyat cox suretle gedir dogurdanda bas qarsir bizde verdisdi uje Azerbaycana gedende darixriq niyese ora darixdirici gelir bizlere heyat verdisdi da basdan basa ne bilim yasayiriq

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 11 May 09:4900

            Zehra can cox saq ol var ol men yaxsiyam sen necesen ?

            Cavab yaz
            • Anonim
              Zəhra · 11 May 10:2500

              Çox sağol Esram mən YAXŞIYAM. SƏN NƏ EDİRSƏN? AZAD NECƏDİ?

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 11 May 12:2700

              Can Zehram Azdda yaxsidi Sukur Allaha sen de yaxsi olasan

          • Anonim
            Zəhra · 11 May 10:2400

            Aaa sabah uçursuz?)) Aaa. Gəlin gəlin. Xoş gəlmisiz! Bura gələndə adam darıxır?)). Bilirsiz Şəmkirli adam müəyyən müddət eyni yerdə olanda bezir. Və yeniliklər axtarır . Şərhlərinizdən yüksək mədəniyyətli olduğunuz görünür qardaşım

            Cavab yaz
    • Anonim
      Esmer · 11 May 09:4000

      Sabahın xeyir Balaca Gözel necesen .? Dersler nece gedir ?imtahan hacan olacaq ?

      Cavab yaz
      • Anonim
        Zəhra · 11 May 10:2700

        SALAM ƏSMƏRİM. ÇOX SAĞOL. YAXŞIDIR HƏR ŞEY. SƏNDƏN BİR ŞEY SORUŞUM? DÜNƏN ŞOU BİZNES SƏHİFƏSİNDƏ YAZMIŞDINAA. BİR NƏFƏRDƏN XOŞUM GƏLMİR. QIJI KİMİDİR YAZMIŞDINEE. O KİMDİR ELƏ? BAŞ HƏRFİN YAZA BİLƏRSƏN ? DEYƏSƏN İKİMİZ DƏ EYNİ ADAMI SEVMİRİK.

        Cavab yaz
        • Anonim
          Nurlana · 11 May 10:3700

          Men bildim kimi deyir:)

          Cavab yaz
        • Anonim
          Esmer · 11 May 10:4100

          He yaxşı ol teki Balaca gözel .he ola biler eyni adamdı .Baş herfini desem tanımış olacaq hamı ))) amma .artıq Eseblermi .Cilovlaya bilmirem .niyese cox eseb gelir mene (( yazmaq istemirem artıq .((

          Cavab yaz
          • Anonim
            Zəhra · 11 May 11:3300

            Mənə də əsəb vəlir o. Özüm elə aparır hə də güya. Sən yağışı deyirsən. :):):)). Mən yağışı deyirdim. )))))). Səndə həəəə. Mən 100% bilirəm sən deyənin biri xanımdı biri bəy. Xanım yağışdı. Bəy də ki , like , dislayk edən. Həəəəə ? ƏSMƏR?

            Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 11 May 09:2510

    İstirahət günündə günümüz xeyirli uğurlu keçsin

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 11 May 09:2610

    Esra Əsmər Zehra Ebru Nurlana Şemkirli Harun necəsiz

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 May 09:4010

      Cannnim Tutu men yaxsiyammm sen necesen ?

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 11 May 09:2810

    Mehriban bacım və canım yerlim dedim bir qız sizin şərhlərini heç görmürəm oxusanız yazın necəsiz hardasız siz yazmasanız sizin haqqınızda melumatı olan yazsın xahiş

    Cavab yaz
    • Anonim
      Zəhra · 11 May 09:4210

      Salam Tutucan.Çox sağol. Sən Necəsən Tovuzlu gözəl. Mehribanın mart ayı toyu oldu. Dedi toy olana qədər yazacam. Havaya yazırdı. Toydan sonra yazmayıb hələ. Mən aktiv şərhçiyəm. Və onu görməmişəm hələm o vaxtdan.

      Cavab yaz
      • Anonim
        Şemkirli · 11 May 10:0310

        Hər burda bir Mehriban xanim vardi ele ozude mehriban idi adi kimi aile qurub Xosbext olsun esas bura yazib yamamasi vacib deil

        Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 11 May 09:2800

    Darıxdım

    Cavab yaz
    • Anonim
      Esmer · 11 May 09:3900

      Can Gözel Tutum necesen .?ne gec gec olursan buralarda ?

      Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 May 09:4100

      Darixma canim biz geldikkkk buradayikkk

      Cavab yaz
    • Anonim
      Şemkirli · 11 May 09:4500

      Salam Ay Tutu Xanim siz necesiz biz yaxsiyiq,,Siz sever gunesi kimi hefdede 1 defe cixirsiz tezde qacirsiz ne meseledi ?? Tovuzlu balasi yerli meni nezerde tutub deyirsiz ??

      Cavab yaz
  • Anonim
    Şemkirli · 11 May 09:4100

    Zehra xanim duzdu Duni baximdan insan evladi dusunmelidi amma daha sizi qeder yox da siz cox bed seyler hakda dusunursuz mence

    Cavab yaz
    • Anonim
      Zəhra · 11 May 10:1900

      Hmmm. Yəqin gizlisiz. Adınızı demədiz Şəmkirli.

      Cavab yaz
      • Anonim
        Allaha bagili biri · 11 May 12:5400

        Salam Eleykum eziz serhciler .Serheri oxudum .Zehra xanim Allah sizi guldursun Niye bed adamsiz ki .Serhinizi cox maraglidi

        Cavab yaz
        • Anonim
          Zəhra · 11 May 13:3100

          :))))). Salam 12:54 N ə bilim. Bədəm də. Bəd. Allah mənə köməy olsun. Daima güləsiz

          Cavab yaz
        • Anonim
          Allaha bagili biri · 11 May 14:0010

          Zehra xanim Amin deyirem Allah hamisina komek olsun bizlerde onlarin icnde.Cox sagolun Allah razi razi olsun sizde daima gulesiz :))

          Cavab yaz
          • Anonim
            Zəhra · 11 May 20:1600

            :))))))))). Amin ay vətəndaş. Siz mənə tanış gəldiz.

            Cavab yaz
    • Anonim
      Zəhra · 11 May 10:2200

      Şəmkirli Mən çox bəd adamam. :))). Bəzən nəsə bir hadisə olanda münasibət bildirmək istəyirəm. Tez deyirlər: Sən dayan! Heçnə demə. ! Yoxsa alınmayacaq. ! :)). Mən həmişə bəd fikirləşirəm. Ona görə məni qınayanlar çoxdu. Mən nə edim ay Allah? Mən nihə beləyəm :):):

      Cavab yaz
  • Anonim
    Nurlana · 11 May 10:3700

    Salam sabahiniz xeyir olsun dostlar,necesiz?

    Cavab yaz
    • Anonim
      Esmer · 11 May 10:4600

      Xoş geldin ay Gözel Nurkam necesen .axşam baxdın Mirana ) Nurkam men cıxmaq istyrem Gülüm ((day yazmaq istemirem .amma sizin ücün darxıram .burda bir iki nefere göre men artıq .Eseblerimi Cilovlaya bilmirem .((birni sen bildin kimdi .

      Cavab yaz
      • Anonim
        Nurlana · 11 May 11:1100

        Xosh gunun olsun Ay ureyim. Yaxciyam sagol,sen necesen? He baxdim:) ele shey eleme cox darixaram senincun:(( kime gorese niye cixmalisan((. O bir neferi bildim. Bes o birisiler kimdir ucunnan qulaginnan de gorum:)) cixsan kusecem sennen

        Cavab yaz
        • Anonim
          Zəhra · 11 May 11:3600

          Nuruş a bala indi adam durar. ? Axşam olacağeee. :)))))). Mirankaya baxdın sən də?). Dəhşət bölüm idi. O Miran Azadla necə qırğına çıxdı. O Azad da cəhənnəm olmuree camaat həyatın yaşasın!

          Cavab yaz
          • Anonim
            Esmer · 11 May 11:5200

            Zehra Azada yazqım gedi .amma Miranan vaz kecemem )))

            Cavab yaz
        • Anonim
          Esmer · 11 May 11:5100

          Can Nurkam sen Üreysen herden biraz uzaq qalmaq istyrem . NURKAM .

          Cavab yaz
          • Anonim
            Nurlana · 11 May 12:1100

            Sende canim. Yoxda getme nolur lutfen:)

            Cavab yaz
  • Anonim
    Nurlana · 11 May 12:1300

    Yatif qalmishamda ay Zehra:) axsham Mirana baxdim,soram imsaki gozledim,yedim gedib yatdim. He mende baxdim,o Azat meni eseb eleyirde,ay bala qiz seni sevmirde el cek booyyy :))))

    Cavab yaz
    • Anonim
      Zəhra · 11 May 13:2600

      Get Azadın üzünə de də Nuruşkam. Cəsarətin yoxdur Bu oğlan başa düşmür ki, istəmir də. No, don’t doesn’t. not.

      Cavab yaz
    • Anonim
      Zəhra · 11 May 13:2600

      Oruc tutanın yuxusu ibadətdir.

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 11 May 20:4310

    Hər biriniz çooox sağ olun . İnanın ki ürəyim sizinlədi vaxt olmur işdə oluram.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.