Cəmiyyət

Ağstafada iki ədəd “Qrad” raketi tapılıb

4 May 2019 08:53
0 Şərh     Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonunda əməliyyat keçirib.
 
Milli.Az bildirir ki, agentliyə rayonun Poylu qəsəbəsi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
 
ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə dərhal həmin əraziyə gəlib, 1 ev və həyətyanı sahəyə baxış keçiriblər.
 
Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd "Qrad" qurğusu ücün raket (122 mm-lik "9M22U") aşkar olunub.
 
Raketlər Agentliyin poliqonunda məhv edilib. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.