Cəmiyyət

Məleykə Abbaszadə qabiliyyət imtahanlarındakı dəyişikliklər haqda danışdı

25 Aprel 2019 19:45
3 Şərh     Baxış: 1 646

Qabiliyyət imtahanlarının şərtlərində edilən dəyişikliklər xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbulda müsabiqə vəziyyətinin yüksəldilməsinə, yəni öz ərizələrində həmin ixtisasları göstərənlərin sayının artmasına müsbət təsir göstərəcək.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Xüsusi qabiliyyət imtahanları" jurnalına yazdığı ön sözündə qeyd edib.

O bildirib ki, bu, seçimin keyfiyyətinin artmasının ən mühüm amilidir: "Nəzərə almaq lazımdır ki, daha layiqli, daha bilikli və daha istedadlıların seçilməsi yalnız müsabiqə vəziyyəti yüksək, seçim imkanları geniş olduğu halda mümkündür".

M.Abbaszadə vurğulayıb ki, xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə seçimi ali təhsil müəssisələrinin qəbul işinin tərkib hissəsidir: "Dövlət İmtahan Mərkəzi bu ixtisasları seçən abituriyentlərə səmərəli elmi-metodik kömək göstərilməsini, qabiliyyət imtahanlarının keçirilməsi qaydalarının təkmilləşdirilməsini həmişə diqqət mərkəzində saxlayır. Abituriyent həm V ixtisas qrupu üzrə qəbul imtahanında (cari ilin məzunları isə buraxılış imtahanında) iştirak edərək həmin qrupa aid xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində, həm də I, II, II, və ya IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edərək həmin qrupa daxil olan ixtisasların müsabiqəsində eyni vaxtda iştirak edə bilərlər".

Qeyd edək ki, DİM 2019/2020-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edib.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    777 · 25 Aprel 19:5970

    XI s buraxilis imtahanlarinda ingilis dili ûzre dinleme materiali son imtahanda ağir olub. Ûmumiyyetle, orta mektebde verilmeyen bacariği M.Abbaszade ne ûçûn yoxlamaq fikrine dûsûb?

    Cavab yaz
  • Anonim
    Rufa · 25 Aprel 20:0070

    Yatib yuxuda ne gorur seher ona uygun hereket edir.Ne deyisikliklerdi denen bilek de.

    Cavab yaz
  • Anonim
    Daglı · 25 Aprel 20:1870

    DİM və Təhsil Nazirliyi arasındakı intriqalar bitdikdən sonra hər şey yaxşı olacaq, inşallah.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.