Cəmiyyət

Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti

25 Aprel 2019 18:18
0 Şərh     Baxış: 1 685

Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumatına görə aprelin 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Aprelin 27-də hava, əsasən, yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 16-20 dərəcə isti təşkil edəcək.

Aprelin 28-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Milli.Az
 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.