Cəmiyyət

Muğam Mərkəzində dahi Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

25 Aprel 2019 07:15
0 Şərh     Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş "Hüsnü-cəmal, əqli kamal" adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun konserti baş tutub.

Muğam Mərkəzindən Milli.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov cıxış edərək, Nəsimi poeziyasının dərinliyindən söhbət açaraq, müsabiqənin məqsədləri və əhəmiyyəti haqqında danışdılar, tələbələrə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra "Hüsnü-cəmal, əqli kamal" adlı ali məktəblərarası bədii qiraət müsabiqəsində I, II və III yerlər tutan tələbələrə diplomlar və pul mükafatları təqdim edilib.

Mükafatlandırma mərasimindən sonra baş tutan ədəbi-musiqili konsertdə xalq artisləri Gülyanaq Məmmədova və Teyyub Aslanovun ifasında İmadəddin Nəsiminin qəzəllərindən ibarət muğam parçaları, eləcə də müsabiqə qalibləri və laureatları olan tələbələrin ifasında dahi şairin şerləri səslənib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.