Cəmiyyət

Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?

24 Aprel 2019 21:11
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ildə Azərbaycanda ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2896,1 min ton və ya əvvəlki illə müqayisədə 5,1 faiz çox tullantı əmələ gəlib, onların 60,6 faizini bərk məişət tullantıları, 39,4 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən il yaranmış 1756,1 min ton bərk məişət tullantılarının 31,2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,3 faizi ölkə daxilində satılıb, 68,5 faizi isə zibilxanalara daşınıb. Məişət tullantılarından istifadə hesabına 162,2 milyon kVt saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 51 faizini təşkil edir.

Sənayedə və iqtisadiyyatın digər sahələrində təkrar xammal və istehsal tullantıları ehtiyatlarının 27,7 faizi istifadə edilib, 16,2 faizi ölkə daxilində satılıb, 0,9 faizi ixrac olunub, 12,4 faizi zibilxanalara atılıb, 42,8 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 338,7 min ton və ya əvvəlki illə müqayisədə 27,3 faiz çox təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 11,7 faiz olub. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 64,2 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib. Tullantıların 49,9 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb və onların böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.