Cəmiyyət

10 milyonuncu sakinin nənəsi: "Kreditə görə vətəndaşlara kompensasiyaların ödənilməsi çox gözəl təşəbbüsdür" - VİDEO

23 Aprel 2019 18:37
Baxış: 2 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyev tərəfindən imzalanan "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq vətəndaşlara kompensasiyaların ödənilməsi çox gözəl təşəbbüsdür.

Milli.Az xəbər verir ki, bunu Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın nənəsi Əsmər Mustafayeva Trend-ə açıqlamasında bildirib.

M.Həsənova bildirib: "Bu gün telefonuma mesaj gəldi, baxdım ki, "Bank of Baku"dan kompensasiya ödənişi ilə bağlı mesaj gəlib. Banka yaxınlaşdım. Çox sağ olsunlar, heç 10-15 dəqiqə çəkmədi ki, ödədiyimiz artıq məbləği geri aldıq. Buna görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu, çox gözəl bir təşəbbüsdür. Artıq ödənilən vəsaitin geri qaytarılmasına çoxunun ehtiyacı var idi, bu gün də o ehtiyac qarşılanır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.