Cəmiyyət

Bakıda maşın kişini vurub öldürdü

22 Aprel 2019 22:35
0 Şərh     Baxış: 870

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib.

Abşeron rayon sakini, 1969-cu il təvəllüdlü Kənan Bəhrəm oğlu Kərimov idarə etdiyi "Volkswagen Passat" markalı "90-KB-785" dövlət nömrə nişanlı avtomobillə Ziya Bünyadov prospekti, 2096 saylı ünvanın qarşısında yolu keçən piyada, 1965-ci il təvəllüdlü İsrəfilov Qorxmaz İsrəfil oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.