Cəmiyyət

Şamaxıda ağac avtomobilin üstünə düşdü, xəsarət alanlar var

20 Aprel 2019 22:11
0 Şərh     Baxış: 477

Şamaxıda avtomobilin üzərinə iri gövdəli ağac düşüb. Nəticədə iki nəfər xəsarət alıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə bu gün axşam saat 20.00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 123-cü kilometrliyində, Şamaxı şəhəri ərazisində baş verib.

Qəbələ rayonu Bum kənd sakini, 1973-cü il təvəllüdlü Bayramov Elman Davud oğlunun idarə etdiyi avtomobil sözügedən yolda hərəkətdə olarkən yolun kənarındakı iri gövdəli ağac qırılaraq avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində avtomobilin sürücüsü və onun övladı, 2006-cı il təvəllüdlü Bayramov Şirin Elman oğlu müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, xəsarət alanlara ambulator yardım göstərilib. Onların vəziyyəti normaldır.

Qeyd edək ki, avtomobildə bir ailənin beş üzvü olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.