Cəmiyyət

Qəbələdə dəhşətli qəza: 1 ölü, 5 yaralı

20 Aprel 2019 22:07
0 Şərh     Baxış: 1 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az ONA.az-a istinadən xəbər verir ki,bu gün saat 17:00 radələrində Qəbələnin Bunud kəndi ərazisində BMW və VAZ-2106 markalı minik avtomobillərinin toqquşması nəticəsində Bunud kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyev Ceyhun Yarməmməd oğlu aldığı ağır xəsarət səbəbindən dünyasını dəyişib.

Hadisə zamanı Qəbələ və Bakı sakinləri - Xəlilov Emin Qulfəddin oğlu, Osmanlı İlkin Heydər oğlu, Nəcəfzadə Ruslan Aydın oğlu, Nəbiyev Elçin Yaşar oğlu, Abbasov Murad Aydın oğlu müxtəlif bədən xəsarətləri ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.