Cəmiyyət

Daha bir körpə ölümü - SUMQAYITDA

20 Aprel 2019 19:43
0 Şərh     Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda körpə ölümü baş verib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hadisə şəhərin 2 nömrəli Doğum Evində baş verib. 1998-cil il təvəllüdlü Rəfizadə İradə Samir qızının dünyaya gətirdiyi oğlan uşağı doğuş zamanı ölüb. Ananın yaxınları körpənin ölümündə həkimləri günahlandırır. Meyit müayinə olunmaq üçün Bakıya tibbi ekspertizaya göndərilib.

Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdir əvəzi Səkinə Sadıxova ONA-ya faktı təsdiqləyib: "Ötən gecə 2 nömrəli doğum evində belə bir hadisə baş verib.
 
Həkim Təranə Əzizovanın iştirakı ilə doğuş həyata keçirilib. Uşağın nəşi ekspertizaya göndərilib. Ekspertizanın rəyindən sonra ətraflı məlumat veriləcək. Hazırda körpənin hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.