Cəmiyyət

"Bundan sonra Tanrıya necə inanmamaq olar?" - Notr-Dam yandı, qadın imana gəldi - FOTO

18 Aprel 2019 17:09
2 Şərh     Baxış: 2 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Twitter" istifadəçisi Keyli Kreyn yazdığı "tweet"lə sosial şəbəkə istifadəçilərini qıcıqlandırıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, o, Parisin Notr-Dam kilsəsində baş verən yanğın zamanı səcdəgah və əsas xaça heç bir ziyanın dəyməməsinin Tanrının varlığını sübuta yetirdiyini yazıb.

"...Zəhmət olmasa, mənə izah edin, bundan sonra Tanrıya necə inanmamaq olar", - deyə kilsənin yanğından sonrakı şəklini bu yazı ilə şərh edib.

Onun bu yazısı ən populyar "tweet"lərdən birinə çevrilərək 70 min "like" və repost toplayıb.

Şərhlərdə bir çoxları xaçın qızıldan olmasını əsas gətirərək, qadının elmdən anlayışının olmamasına eyham vurub.

"Qızıl 1064 dərəcədə əriyir, ağac isə təxminən 600 dərəcədə yanır", - deyə istifadəçilərdən biri yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.