Cəmiyyət

Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var

17 Aprel 2019 08:12
0 Şərh     Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin yanvar-mart aylarında Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 388,974 milyon ABŞ dollar təşkil edib. Borcun 5 milyard 222,384 milyon dolları hökumətin payına düşür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında məlumat verilib.

Məlumatda bildirilir ki, Gürcüstanın Azərbaycana borcu dəyişməyib. Bu il aprelin 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana borcu 7 milyon 435 min dollar təşkil edib.

Gürcüstanın ən çox borcu Almaniyayadır - 320 milyon 233 min dollar. İkinci yerdə 248 milyon 481 min dollarla Fransa, üçüncü yerdə isə 212 milyon 609 min dollarla Yaponiya qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.