Cəmiyyət

Qaxda 12 yaşlı oğlanı ilan sancıb

14 Aprel 2019 20:03
1 Şərh     Baxış: 742

Bu gün Qax rayonunun 12 yaşlı sakinini zəhərli ilan sancıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Qapçay kəndi ərazisində baş verib. Kənd sakini, 2007-ci il təvəllüdlü Xəlil Ramiz oğlu Babayev ailəsinə məxsus mal-qaranı axtaran zaman qəfildən yıxılıb. Bu zaman onun sol əlinin baş barmağından ilan sancıb.

Xəlil Babayev yaxınlarının köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ƏMRAH ƏNRAH ALMALI · 14 Aprel 20:4320

    ALLAH KÖMƏK OLSUN

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.